730 gün
Ceyhun Məmmədov tərəfindən "Hekayə" bolməsinə 20:43 05 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Heç vaxt sözünü bəzən başa düşmürdüm. Kasıb bir ailədən anadan olmuşdum bilirəm. Amma bu mənim günahım deyildi ki. Atam fəhlə işləyir, anam isə evdar qadındır. Artıq bir həftədir ki, kartof qızartması yeyirdim. Bunda mənim nə günahım var?! Elə vaxtlar olurdu ki, çörəyi suya batırıb qarnımızı doydururduq. Heç kimdə və heçnə də günah axtarmırdım. On üç yaşım olan kimi həyatın içinə rəsmən tüpürdüm. Beş il varlanacayıq arzusu ilə yaşadım. Sonra gördüm ki, kasıblıq yaxamızı buraxmır. Hər şeyi anladım on üç yaşımda. Anladım ki, bu həyatı unutmalıyam. Depresiya çuxuruna düşdüm, gecə və gündüz otağımda qalıb vərəqlərdə ki, yazıları oxuyurdum. Vərəqləri simiçka satan nənədən əldə edirdim. Hər gün iyirmi qəpik verib bükülü vərəqin içində simiçka alırdım. O, vərəqləri heç tullamırdım, otağımda döşəmənin üstündə oturub oxuyurdum. Çünki oxuya biləcəyim bir kitab yox idi. Kasıblığın ucbatından məktəbə də gedə bilməmişdim. Sağolsun qonşumuz Nəzakət müəllimə, pulsuz mənə oxumağı öyrətmişdi... 
Depresiyadan yenicə çıxmışdım. Amma iki gün sonra yenidən depresiyaya düşdüm. Bu dəfə səbəb kasıblığa görə deyildi. Smiçka satan nənəyə görə depresiyaya düşmüşdüm. Nənənin ölümü məni oxumaqdan məhrum etmişdi. Çünki həyətimizdə ondan başqa smiçka satan şəxs yox idi. Anam deyirdi ki, ümüdünü itirmə. Amma məndə ümüd deyilən bir şey qalmamışdı. Sanki hər şeyi yavaş-yavaş itirirdim. “Bəxt üzüyü” filmində Hüseynin dediyi cümlə tez-tez yadıma düşürdü. Demişdi ki, “Kim itirmir axı bu dünya da”. Artıq həyatdan küsmüşdüm. Rəngsizləşmişdi dünya mənim üçün. Onsuzda doğulduğum gündən bəri qara rəngin içində idim. Yaşayırdım, amma yaşamağın mənası get-gedə sönürdü. Şəhəri çıxıb heç gəzmək fikrinə belə düşmürdüm. Çünki qorxurdum. Qorxurdum ki, dükanın vitrinindən ləzzətli yemək şəkli görüb istəyərəm. Ona görə də evdə bayquş ki, otururdum...

Bir gün atam məni öz qucağına otuzdurub, mənimlə söhbət etmək istədiyini dedi:
-Oğlum artıq 14 yaşın var. İşləmək fikrin var?
-Bu sualı heç gözləmirdim-Atama baxaraq daxilimə dedim.
-Gəl gedək mənə kömək elə. Fəhlənin pulunu sənə verəcəm. Razısan?
-Pul, iyrənc bir kağız idi mənim üçün. Amma kitab alıb oxumaq istəyirdim. Ona görə də atamla razılaşdım.
Heç vaxt düşünmürdüm kitab mağazasına girəcəm. Atamla işlədiyim vaxtdan etibarən, dörd günə altı kitab almışdım. Çox sevincli idim. Üç günə iki kitab bitirirdim. Həyatımın dəyişdiyini hiss edirdim. Amma varlı deyildik. Əslində varlı olmağı belə artıq düşünmürdüm. Düşündüyüm tək bir şey var idi, oda ağ xələtli həkimlərin mənə sabah deyəcəkləri cavab...

Heç zaman xəstəxananı sevməmişəm. Nifrət edirəm xəstəxanaları. Ağlamaqdan gözlərim şişmişdi. Həkimlərə görə ağlamırdım. Bəxtsiz olduğum üçün ağlıyırdım. Əslində indi bir şeyi dərk etmişdim. Sən demə həyat bizi yox, biz həyatı yaşatmalıyıq. Ən azından ölənə qədər biz bunu etməliyik. Hə bu arada onuda demək istəyirəm ki, suallarım çoxdur, amma cavab verənim yoxdur.Bilirəm ki, anamda mənim bir sualımdan başqa digər suallara cavab verə bilmiyəcək. O, bir dənə sualda bu gün həkimlərin mənə verdikləri məlumatdan sonra yarandı. Mənə çox maraqlı idi bu sualın cavabı. Əslində cavabını özüm tapa bilərdim. Amma istəmirəm özüm tapım. Çünki qorxurdum. Gözlərim yaşlı anama tərəf dönüb sualı dedim: Ana iki il neçə gündən ibarətdir?
-Oğlum özün niyə hesablamırsan?
-Çünki qorxuram o saydan.
-730 gün-Anam bu rəqəmi dedikdən sonra hönkür-hönkür ağlamağa başladı.

730 gün. Çox qəribədir. Sən demə mən bu gündən ölümə olan addımları sayacam. Xərçəng məni 730-cu zərbədə öldürəcək. Qəribədir bilirəm. Amma geri sayım artıq başlamışdı. İndi daha çox həyəcanlandım. Ölümümə beş gün qalanda isə daha çox həyəcanlanacam. Eh, həyatımı həyəcansız yaşamaq istədim, alınmadı...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+4=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0233 saniye