8 Mart Beynəlxalq Qadınlar Günü
Aytac Əhmədova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 20:12 07 mart 2015 tarixində əlavə olunmuşdur

8 Mart Beynəlxalq qadınlar günü hər kəs bu günü bilir. Bəs tarixini bilən varmı? 

8 Mart 1857-ci il tarixində ABŞ-ın Nyu-York şəhərində 40.000 toxuma işçisi daha yaxşı iş şərtləri istəyiylə bir tekstil fabrikində tətilə başladı. O zaman qadınlar gündə 16 saat işləyirdilər çünki onların əməyi daha az ixtisaslaşdırılmış hesab edilirdi. Nyu-Yorkun toxucuları aşağı qazanclara və əməyin pis şəraitinə qarşı etiraz edərək şəhərin küçələri ilə marşla keçdilər. Ancaq polisin işçilərə hücum etməsi və işçilərin fabrikə qıfıllanması‚ arxasından da çıxan yanğında işçilərin fabrik qarşısında qurulan barrikadalardan qaça bilməməsi nəticəsində çoxu qadın olmaqla 129 işçi can verdi. İşçilərin cənazə mərasiminə 100 mindən çox adam qatıldı. 1908-ci il Nyu-Yorkda 15000 qadın‚ daha qısa çalışma saatı daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı “ Çörək və Gül” idi. Çörək həyat eşqini‚ qarın toxluğunu  gül isə daha rifah həyat tərzini ifadə edirdi. 1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin  8 martında Nyu-Yorkda başlayan mübarizənin‚ qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını‚ Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi. 1975-ci il Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. İki il sonra 1977-ci ildə isə BMT-nin Ümumi Qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. 

P.S  Bu bayram  üz-gözünü bəzəyib küçəyə çıxanların, cəmiyyətə yararsız olanların  bayramı deyil öz haqqlarını tələb edən, öz zəhmətləri ilə çalışan qadınların, gözəl analarımızın bayramıdır. 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+26=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.023 saniye