9-cu dalanın qızları
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 14:49 14 may 2021 tarixində əlavə olunmuşdur

Şəhərin kənarında,daha çox yoxsul təbəqənin yaşadığı kiçik bir yaşayış massivi vardı. Ərazi daha çox burada yerləşən 9-cu dalanıyla məhşur idi. 9-cu dalan: Gündüzləri səssiz,gecələri həyəcanlı və oyaq. Bu dalanda baş verən gizli oyunlar və bu dalanın böyük şəhərin həyatındakı önəmli yerı...

 9-cu dalanda 19 ev vardı və bu evlərdə bir dənə olsun kişi xeyləğı yaşamırdı. Üç ixtiyar nənə, yeddi ana,doqquz nəfər yetkinlik yaşda olan qızlar. Son dəfə bu dalana əks cinsin nümayəndəsinin nə zaman ayaq basdığını kimsə xatırlamırdı. On min civarında sakini olan bu yaşayış massivini qeyri-leqal idarə edən,ərazidə düzən quran,vəziyyətə mütləq nəzarət edən 9-cu dalanın qızlarıydı...

Sima(Simuzər) 9-cu dalandakı  9 qızın həm yaşca böyüyü,həm də qrupun rəhbəri.Atasını xatırlamırdı.Ağlı idrak etdiyindən üzü bu yana 25 illik ömrünə 25 min səhifəlik həyat kitabı sığdırmışdı.8-yaşınnan böyük şəhərin səs-küylü küçələrində tum,dondurma satmaqla acılı tale qarşısında ilk sınağını verməyə başlamış,13 yaşında ona təcavüz etməyə cəhd edən bir əxlaqsız sapığa bıçaqla xəsarət yetirib öz uşaq ismətini zor da olsa qoruya bilmişdi.Yeniyetməlik həddinə çatmadığı və özünü müdafiə diqqətə alınaraq şərti cəza ilə ömür yoluna davam etmişdir. 16-yaşınnan ixtiyar nənələrin xeyir duasıyla 9-cu dalanın qızlarına həm böyük bacı,həm rəhbər seçildi...

Yula (Yeganə)9-cu dalanın qızları arasında ən çevik,ən təcrübəli olanı. 9-cu dalanda qurulan strateji və taktiki planların müəllifi.

Lena (Leyla) 9-cu dalanın qızları arasında yeganə əli təhsilli və əli diplomlu olan yaraşıqlı qızı.

Tomçi (Təhminə) 9-cu dalanın fiziki olaraq müdafiə qalxanı.

Emma (Esmira) 9-cu dalanın gizli kassası.

Hira (Hicran) 9-cu dalanın qeyri-rəsmi kuryeri.

Fatoş (Fatimə) 9-cu dalanın uyumayan oyaq gözəli.

Gümü (Gülnarə) 9-cu dalanın gizli xəfiyyəsi.

Tina (Təranə) 9-cu dalanın sükanı...

Ardı var...


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+22=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0312 saniye