9-cu dalanın qızları
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 18:57 16 may 2021 tarixində əlavə olunmuşdur

...Hər şey 9-cu dalanın ətrafında yerləşən və kasıbların daha sıx yaşadığı dəmirçilər məhəlləsində baş qaldıran özbaşınalıqlardan sonra başladı.Tam üç il əvvəl, şaxtalı yanvar axşamı  həmin məhəlləyə sürü halında hücum edən zəngin balaları Nahidə xalanın iki övladını gözləri önündə vəhşicəsinə döydülər.Xəstəxanaya aparılan qardaşlardan biri elə yoldaca canını tapşırdı.Kiçik qardaş isə üç həftə komada qaldıqdan sonra həyata gözlərini birdəfəlik yumdu.Bəlkə də,həmin hadisədə çox canlar yanardı 9-cu dalanın qızları olmasaydı.Dəmirçilər məhəlləsinin kişiləri bu zəngin balalarından qorxub qınına çəkilərkən meydanda yenə 9-cu dalanın qızları vardı.Təəssüf ki,aradan uzun zaman keçsə də,nə ədalət təcəlla etdi,nə də ki,günahsız qurban gedən qardaşların qatilləri qanun qarşısında layiqli cəza almadı.Ancaq 9-cu dalanın qızları bu olayı da,yazmışdı öz intiqam dəftərinə.Qanun keşikçilərinin görə bilmədiklərini və ya görmək istəmədiklərini qızlar daha aydın görür və işin də izini buraxmırdı.Nəhayət gün bu gün idi.Gümünün (Gülnarə)gətirdiyi son məlumatlar 9-cu dalanın qızları arasında eneinə-boyuna araşdırılmış və Nahidə xalanın oğlanlarının qatillərinin Tuz Rəşidin oğlu Bilman və kommersant Nəcəfin kiçik oğlu Yaşar olduğu tam dəqiqləşmişdir.Əldə olunan son bilgilərə görə qatillər Misirdə qırmızı dənizdə qış istirahətində yeni bir"macəra"ya atılmışdılar.Artıq qanundan kənar ədalətin təcəlla zamanı gəlmişdir.Bu səbəbdən  Hira(Hicran) və Tina(Təranə)ya Misir yolçuluğu görünmüşdü...

...Qızların yolçuluq etdiyi təyyarə Qahirə hava limanına sabah saatlarında eniş etdi.Onları Cəmil qarşıladı.Kim idi bu gənc? Həmin yoxsul məhəllələrin birindən çıxmış və 9-cu dalanın qızlarının  dəstəyi ilə iki il idi ki,Misirdə təhsil alan pinəçi Abbas kişinin oğluydu Cəmil.İndi haqq-ədalət üçün 9-cu dalanın qızlarına vəfa borcunu qaytarmaq zamanı idi.Hər şey hazır idi.Qatillərin yeri tam dəqiqləşmiş,qaldıqları otelin adına və otaq nömrəsinə kimi bütün detallar iki gün ərzində Cəmilin çevikliyi sayəsində öyrənilmişdi...

...Taksi axşam saatlarında 9-cu dalanın görəvdə olan qızlarını qatillərin yerləşdiyi otelə gətirdi.Vaxt məhdud,zaman dar idi.Qızlar plana uyğun olaraq canilərin yerləşdiyi qatda nömrə sifariş etdi.Gecənin oğlan çağında Bilman və Yaşar içkili sərxoş halda,yanlarında iki eskort rus qızlarla otel odalrına girdilər.Ağıllarının ucundan belə keçməzdi ki,onlarla üzbəüz otaqda məzlum intiqamını almağa gəlmiş iki pəncəli aslan onların görəcəyi ən son insan üzləri olacaq...

Şarm-əl Şeyxdə ilıq bir yanvar səhəri,ən bahalı otellərdən birinin 5-ci qatında, 15 və 16-nömrəli otaqlarda asılı vəziyyətdə cansız iki kişi meyidi sallanırdı.Bu olay Qahirənin axşam qəzet nəşrlərinin manşeti idi...

ardı var...


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+25=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0245 saniye