9-cu dalanın qızları
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 17:16 07 iyun 2021 tarixində əlavə olunmuşdur

Gecə saatlarında iki orta yaşlı qadın 9-cu dalana pənah gətirmişdi.Onların qəfil gəlişi səbəbsiz deyildi.Üzlərindəki təlaş,gözlərindəki qorxu bariz sezilirdi.Sima(Simuzər)ya pənah gətirən qadınların dərdi çox keçmədən aydın oldu.İki ürəyi dağlı,oxşar acıları yaşayan ana...Gözlərinin rəngi fərgli,boy-buxunları ayrı,yerişi-duruşu başqa olsa da,bu qadınlar eyni dərdləri daşıyırdılar-bala dərdi...

Biçarə anaların dərdini səbrlə dinləyən Sima tərəddüd etmədən onları tezliklə övladlarına qovuşduracağına söz verdi.Anaların iki qızları yağlı vədlərlə insan tacirlərinin toruna düşmüş və üç ay əvvəl yüksək gəlirli iş adı ilə Dubaya aparılmışdılar.Aradan keçən zaman ərzində qızlardan bir xəbər alınmamışdır.Anaların tək əldə etdiyi bilgi,bu işdə Rəmidə adlı qadının adının hallanmasıydı.Onlar qadının sadəcə adını bilirdilər,vəssəlam.9-cu dalanın qızları üçün bu da yetərli idi.Elə bu səbəbdən Sima anaları arxayın salmış və onlara vəd vermişdi.

Dubaya Gümü və Yulayla birlikdə Simada getmək qərarına gəldi.Məsələ ciddi və məsuliyyətliydi.Yerli polis məsələyə həssas yanışmırdı,Dubay polisi isə belə məsələlərin əlində əsir-yesir olmuşdu.Arada iztirab çəkənlər isə yenə zəiflər və çarəsizləriydi.Onları düşdükləri quyunun dibindən çəkib çıxarmaq,gözü yaşlı çarəsiz analara dəstək zamanı idi.İnsan dəllalı Rəmidə bu işdə tək deyildi,onun Baboş ləqəbli havadarı da vardı.Üstəlik bu əxlaqsız şəbəkə öz ətrafına xeyli yolunu azmış adamları toplamış və müdafiə qalxanını uzun illər əllərinnən yerə salmamışdırlar.İllər boyu bu şəbəkə çox qadının qadınlıq hissini kömürə döndərə bilmiş,çox gənc qızların xoş arzularını pöhrələnmədən kəsib doğramışdır...

9-cu dalanın üç as qızları bütün bu bilgiləri Dubaya gəlmədən əldə etmişdir. Şəbəkənin Dubaydakı bəzi gizli priton yuvalarının yerlərini belə öyrənmişdilər.Sima və qızlar Dubayda, əslən Kiyevdən olan Olqa adlı zinət alış-verişiylə məşğul olan bir Ukraynalı xanımın müsafiri oldu.Zamanında Olqanı böyük bir bəladan xilas etmişdi 9-cu dalanın qrup rəhbəri Sima.Olqa onun bu yaxşılığını qarşılıqsız qoymamış və ona olan can borcuna layiqincə qarşılıq vermişdi.Dostluqları zaman keçdikcə daha da möhkəmlənmiş və arada olan etibarlılıq və inam onları bir-birlərinə daha da yaxın etmişdir...

Aldadılan qızların axtarışı üç gün sürdü.Sonunda Olqanın Dubay civarındakı"balaca xəfiyyələri" dəqiq məlumat əldə edə bildilər. İnsan ticarətinin gənc qurbanları Dubay ətrafındakı kiçik bir qəsəbədə saxlanılırdılar.Həmin evdə təxminən 10 nəfər gənc qız istismar olunurdu.Məlumat dəqiqləşdikdən sonra həmin gecə.9-cu dalanın qızları hədəfə doğru hərəkət etdi.Olqanın mühafizəçilərinnən ikisi də Simagilə dəstək üçün həmin yerə getdilər.Məlumat doğruydu,fəqət,evin həndəvərində xeyli muzdlu gözətçilər vardı.Onları səssiz zərərsizləşdirib evə daxil olmaq üçün Simanın tapşırığiyla hər kəs əlindəki silaha səsboğucu bağladı.Yarım saat içində muzdlu gözətçilərin hamısı zərəsizləşdirildi.9-cu dalanın qızlarında olan peşəkarlığa və əlbəyaxa döyüş üsullarına Olqa tərəfindən göndərilən mühafizəçilər belə heyran qalmışdı.Həmin gecə evdə əsir saxlanılaraq istismar edilən qızların hamısı xilas edildi.İki ananın fəryadı dindi.Onların qızları bu cəhənnəmnən qurtulduqlarının şokunu yaşayırdı.Digər qızlarda sevinirdilər.Onların arasında üç Moldovalı vardı.Sima Olqanın dəstəyi ilə Dubaydakı səfirliklərlə təmasa keçdi.Aldadılaraq Dubaya gətirilən qızların sənədləri insan dəllaları tərəfindən əllərindən alındığı üçün onların sənədləşmə işləri səfirliklərin vasitəsiylə nizama salındı...

Verilən vəd yerinə yetirilmişdi.Sima gözü yaşlı anaların qızlarını onlara qovuşdurmaq üçün doğma ocaqlarına qaytarırdı.Qızların gözlərində bir az qorxu,qorxu içində bol sevinc,sevincə bağlı bir təşəkkür vardı.Bu minnət borcu yalnız 9-cu dalanın cəsur qızlarınaydı...

ardı var...


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+30=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.022 saniye