9 və 13 yaş
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 14:36 08 iyul 2015 tarixində əlavə olunmuşdur

Yayın nəmli qoxusunu xüsusilə sevirdi. İsti çayla açıq eyvanda əyləşərək keçmişlərə dalırdı. Gözləri ağrı-acılarla dolurdu. Əli titrədiyindən fincanı tələsik masaya buraxırdı.

Bu gün də o günlərdən biri idi. Dizlərinə dirsəklənib barmaqlarını saçlarına daraqladı. Göz yaşları yanaq boyunca yuvarlanaraq sürüşməkdə idilər. Varlığını titrəmə əsir almışdı. Hönkürmək istəyirdi. Uşaqkən məruz qaldığı təcavüzü, doğulan kimi satılan uşağını unutmaq istəyirdi.

Uzaqlarda yerləşən qəsəbənin gecəqondusunda yaşayırdı fəhlə atası ilə. Yaşıdları ilə oynamaqdan yorulmurdu. Onların sayəsində oxuma-yazma öyrənə bilmişdi. Atasının imkanı çatmırdı deyə ondan heç vaxt incimirdi, bəzən gecələr yata bilməyəndə üzünü yastığa basdırıb ağlayırdı ki, atası səsini eşitməsin. Səhər-axşam, gecə-gündüz demədən böyük şəhərə gedərək üst-başı toz qonduran fəhlə geyimi ilə qan-tər içində işləməyə məhkum idi. Bəzən qızı qonşulardan birində gecələyirdi, yemək-içmək məsələsi həll ounmuş olardı deyə ürəyi azacıq sakitləşmiş olurdu.

Günlərin birində qəsəbədə varlı maşın peyda oldu. Gənc ailə başçısının yaraşığı 9 yaşlı qızın gözlərini qamaşdırdı. Dərhal onun qabağına yüyürün özünü təqdim etdi: “Gülnar”. Gənc adam dişlərini açığa qoyub gülümsərkən və bir dizini yerə qoyaaq onun kiçicik əlini ovcuna alıb “Mən də Araz, balaca şahzadə” deyərkən qızcığazın ağlı artıq havalarda uçuşurdu.

Qəsəbə sakinləri Arazın dedi-qodusu edərkən Gülnar onunla xəyallar qururdu. Araz işə getmək üçün 2 mərtəbəli evdən çıxarkən Gülnar onun qarşısında dikəlib aşiqanə gözlərini zilləyirdi. Araz gülümsəmə yanağından çimdik alıb saçlarını sığal çəkərək göz vururdu. Gülnar onu tanıyalı artıq uşaqlara qaynayıb qarışmırdı, işdən yorğun gələn atasının boynuna sarılıb öpmürdü.

Günlərin birində Araz onu atasından alıb maşını ilə qızı “əyləncə” adı ilə qəsəbədən çıxartdı. Qısa müddət çərçivəsində çox şeylərdən agah olmuşdu. Gülnarın sevinci yerə-göyə sığmırdı. Maşın ins-cins görünməyən, həyat əlaməti sezilməyən bir nöqtədə dayandı. Gülnar heç nə anlamasa da, Arazına güvənirdi. Elə bu “güvən” onun faciəsini gətirdi. Araz onu arxa oturacağa keçirdən kimi maşının qara pərdələri sallandı. Nə necə oldusa, artıq təcavüz baş vermişdi. Qızı dəfələrlə hədələdi, “bu bizim sirrimizdir, kiməsə açsan inanmazlar” hiylə işlətdi. O gündən etibarən Gülnar onun “köləsi”nə çevrildi. 10, 11, 12 yaş. Nə fəhlə atası, nə də qəsəbə sakinləri qızın solğun olmasının sirrini öyrənə bilmədilər. Araz əlinə fürsət keçən kimi öz pedofilliyini “günahsız” bədəndə nümayiş etdirirdi. 13 yaşında qızın hamiləliyi ortaya çıxınca qəsəbə sakinləri təşvişə düşdülər. Gülnardan söz almaq yenə də ümükün olmadı. Atası bir daha geri qayıtmamaq şərtilə evi tərk edərək böyük şəhərdə özünü “itirdi”. Qəsəbənın qocaman mamaçası Zeynəb qarı qızı öz gözündən uzağa qoymayaraq onun evində yerləşdi. Uşaq doğulan kimi satıldı. Gülnar yalnız uşağının “qız” olduğunu öyrənə bildi, gerisində Zeynəb qarı ağzına su aldı: Kimə satdı? Niyə satdı? Neçəyə satdı? Bütün günü ağlamaqdan özünü həlak etmişdi. Evdən çıxa bilmirdi ki, bəlkə kimsə bilir (?), amma Zeynəb qarı evdən mağazaya gedərkən qapını möhkəmcəsinə kilidləndirməyi heç vaxt unutmurdu. (Pəncərələr onsuz da dəmir barmaqlıqlarla əhatə olunmuşdu) 15, 16 yaş hələ də Zeynəb qarının göz həbsindədir, ülgüc və şüşə ilə damarlarını kəssə də, Zeynəb qarı onu xilas etmişdi. 17 yaş-Zeynəb qarı yolda qapını örtməyə çalışarkən ürəyi yaşama son verdi. Gülnar o qəsəbədən gücü yetdikcə qaçmağa başladı. Qarşısını maşın kəsdi. Tanımadığı gəncə yalvardı ki, onu buradan şəhərə aparsın.

Həmən sürücü ilə 20 ildir ki, evlidir, ondan 2 oğula sahibdir. Amma nə Arazdan, nə də “qız”ından xəbər yox idi bu vaxtacan. Amma onu atıb qaçan atasını tapmışdı. Hər gün uzaqdan atasının fəhləliyinə tamaşa etməklə kifayətlənirdi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+20=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0259 saniye