***
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 20:10 18 yanvar 2017 tarixində əlavə olunmuşdur

Nəmli gözüm bir an olsun gülməyir,
Arzularım şikəst qalıb, ölməyir.
Bəlkədə heç Allah özü bilməyir,
Mənə düşən pis günlərin sayını.

Tab gətirdim, ürəyimə döz dedim,
Olmayacaq qüssə-kədər, “söz” dedim.
Alovuma sönən ocaq, köz dedim,
Qış keçirdim bütün ömrün yayını.
….
….
….
Göy üzünü yerə örtük sərənim,
Çəmənlikdən ömür gülü dərənim,
Bu həyatı mənə pay tək verənim,
İstəmirəm, geri götür payını.
İstəmirəm, geri götür payını...

     


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+29=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
Ələkbərov Ruslan Çərkəz oğlu.07.07.1994. AYB Mingəçevir bölməsində gənclər üzrə sədr müavini, Jurnalist, Dizayner,
Əlaqə
Tel.:
0558425352-0508945691
E-mail:
ruslanelekberli1994@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.1288 saniye