***
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 20:37 24 yanvar 2017 tarixində əlavə olunmuşdur

Ürək yorğun, fikir xəstə,
Arzularım can hayında.
Sənsiz keçən günlərimin,
Unutmuşam lap sayın da.

Neçə vaxtdı gülmür üzüm,
Gözlərimdən yaş asılıb.
Artıb alın qırışlarım,
Elə bil ki, daş asılıb.

Soyuq keçir burda hava,
Saçlarıma qar ələnir.
Bir zamanlar zəngin eşqim,
İndi açıb əl, dilənir.

Məktub yazıb saxlayıram,
Çəntin bir də səni görüm.
Vaxtın olsa gir yuxuma,
Heç olmasa orda verim.

Neçə gündü yuxusuzam,
Gecələri gec yatıram.
Həvəsim də yox heç nəyə,
Şeir yazıb, baş qatıram...
24.01.2016 - 03:30


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
Ələkbərov Ruslan Çərkəz oğlu.07.07.1994. AYB Mingəçevir bölməsində gənclər üzrə sədr müavini, Jurnalist, Dizayner,
Əlaqə
Tel.:
0558425352-0508945691
E-mail:
ruslanelekberli1994@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0354 saniye