...
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 23:45 15 dekabr 2017 tarixində əlavə olunmuşdur

Yazılmayan şeirlərdən kağız çiçək dəstələri.
Bəmbəyazdı bu güllərin mürəkkəbsiz ləçəkləri.
Sadə bəyaz vərəqlərdi, yox mürəkkəb, yoxdur sətir,
Nə gözyaşı yağışı var, nə yolda qız, nə də çətir.
Bircə O var. Həsrət ilə baxıb çölə pəncərədən,
Ürəyində şeir deyir yazılmamış sətrlərdən.
Həsrət ilə baxıb çölə gözləyir O, həmin qızı:
Yeriməyi bacarmayan lal birinin baxıcısı.
Həsrət gedir - o qız gəlir, verir Ona dərmanını,
Adət üzrə sorur yenə cavabsız Ondan halını.
Dodağında təbəssümlə tərk edərkən palatanı,
İlk dəfə O əllərindən yapışdı tibb bacısının.
Çətinliklə öz üzünə verib O da təbəssümü
Qıza verdi düzəltdiyi bəyaz kağız qızılgülü.
Tək nəfərlik sevgi ilə sürüb həyatın çağını,
Kağız güllə qaldırmışdır O da bəyaz bayrağını.
Alıb gülü gülüş ilə çıxdı çölə tibb bacısı.
Boğulurdu sükut ilə lalın sevgi çığırtısı....

...Əri sordu həmşirədən haradan almış bu gülü?
Qızsa dedi, bu sadəcə bir xəstənin təşəkkürü.
Anlayanda tibb bacısı görünməyən şeirləri.
Tez qayıdıb palataya - tapdı Onun cəsədini...

...Anlatmışdır həmin qıza deyilməyən şeir səsi:
Hər əlilin mütləq vardır sevdiyi bir həmşirəsi.
Əlil əza eybi deyil, ruhumuzun nöqsanısa,
Onda həyat nərdivandır, biz əlil arabasında.

 

Cavidan Hacıyev


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.021 saniye