=))
Lavinia tərəfindən "Digər yazılar" bolməsinə 13:33 24 mart 2014 tarixində əlavə olunmuşdur

 

Bəlkədə həyatımızda  uzaqdan baxdıqda  yolunda olmayan  nəsə  görülür. Hər  nə qədər  “xoşbəxtəm”  desəkdə.  Bu maddi ola bilər və yaxud  mənəvi.  Ama hər kəsin uğursuzluqları ola bilər.

Hər  kəsi  kimi mənimdə  həyatımda uğursuzluqlar  var  ama  deyəsən  mənim həyatımda  çox  uğursuzluq  var.  Həm maddi  həm mənəvi.  Əslində  şəxsi həyatdan  yazmaq  çox  maraqlı  gəlməz  sizə  amma oxuduqca  görəcəksini  ki bir insanın həyatında  bu  qədər  yolunda  olmayan  şeylərin bu qədər olması anormallıqdır.

Hmmm  qayıdıb  evə gedib  yatsam  görən  zəng  vursam müdirə  xəstəyəm..  kreditin vaxtı  yaxınlaşır  olmaz.  Pul qazanmalıyam..Bu nədir Azərbaycanda  belə yaraşılqlı oğlanlar olduğuna  inanmırdım.Sevgilisi  necə  də şanslıdır,  deyəsən yaraşıqlı olduğu  qədərdə  romantikdirdə.  Üzündən  bilinir. Ou  bu  nədir  kənarda  üzümə  qoca  bir əmi  baxırmış. Görən fikirlərimi eşitdir? Ola bilməz ama  yəqin  oğlana baxanda  üz  mimikalarımdan hər  şeyi  anladı. Yaxşısı pəncərəyə  baxım  hətta  çatana qədər  pəncərədən başımı qaldırmayım (hə  belə yaxşıdı).   Hardadı  bu 20  qəpik.. Yox  bu ola  bilməz  bu  qədərdə  olmaz  yəqinki..  axırıncı  qəpiyimi  şokalad aldığıma  inana  bilmirəm bu  qədər düşüncəsizəm  mən? Necə  yəni  fikirləşmədimki  20  qəpikdə avtobusa  lazımdı?.  (pulumu  gündəlik aldığıma  görə  qayıdacağımı  fikirləşdiyimə əminəm).. Ama  necə olar  ki qayıtmağımı  fikirləşdim  ama işə  necə  gedəcəyimi fikirləşməmişəm. Aha 10  qəpik  tapdim..  10  qəpikdə  yanımdakı  xaladan  istesem verər?  Baxım  yox verməz. Beyaq avtobusa minəndə yanımdakı  yola verdiki bu otursun men  vermədim  indi  pul istəsəm  nəyinki  pul  günahını belə  verməz.  necə  edim  indi mən  necə  düşüm  avtobusdan? Arxadan  qapı  açılınca  qaçsam görən? Yox sonra  siqnal  vuracaq ondada  bütün hər yer   biləcək ki,  mən  avtobusa pul  verməmişəm.  Nə  edim bəs  mən?  Şoferə  deyimmi  görən 10  qəpik indi verim  10  qəpikdə  sonra? 100%  üzümə tüpürər  sabahsı gündə kağıza  avtobusda  nisyə  keçmir yazısı  yazdırar.  Hə  tapdım  10  qəpiyi   pulu yığdığı  yerə  atım  onsuzda çox qəpik var  orda  bilməz 10  qəpik  atmışam yada  20  qəpik hə yaxşısı belə edim. Nə???  Olaa  bilməzzzz.  Bu qədər şansızlıq şofer səliqəli  çıxdı qəpikləri bir yerə  yığır  insanlar qəpikləri qoyduqca. Buyurun..  Hə musiqinin  xodunu ver   söyür  yada  siqnallayır qaç ofisə gir  tez  tez  avtobusa  baxma arxana  baxma  tez qaç üzüvü  gizlə.. Hə nəhayət işdəyəm.. iş yoldaşlarım  müdür:

- səni soruşdur  niyə gecikdin bu qədər?

O qədər gözəl işim varki sabah sevincimdən  qaçaraq işə gəlməliymişəm. (hə  bunu ürəyimdə dedim əlbəttə) Bilirəm gecikdim  yatıb qalmışdım. Axşam  qonaqlar  çox  idi gecə  getdilər demək olarki.  Məndə gözlədim onlar getsinlər  sonra  yatdım.  Sabahda  gördüm  ki, gecikmişəm qaça qaça  gəldim.   (inandırıcı  oldu  deyəsən üzlərindən  anladım).Hə  Müdirdə  gəldi.  Sabahınız  xeyir   necəsiz?  Mashallah (bir  az yaltaqlanım yadından çıxsın soruşmasın). yax..... Niyə işə  vaxtında  gəlmirsən?  (heç  olmasa cümləmi bitirsəydim ürəyimdə  qaldı  söz) demiyin   balaca qardaşımın  axşam  qızdırması  qalxmışdı. Ambulans  falann  gəlmişdi evə. (Ups  beyaq  diyəsən  başqa  yalan didim iş yoldaşlarıma.. üzümə  niyə  elə qəribə  baxırlar  qonaqlar  demişdim bəlkə  ambulansdakıları  qonaq  çağırmışdıq. Hardan  bilirsiz?  O dəqə  yalan  demiş  kimi  üzümə  baxırlar  ola  bilməzmi?  Niyədə olmasın? Diyəsən müdir  hirslənmədi.  Yada  sual  verib  mən fikrə  getmişəm eşitməmişəm sualı,  çünki üzümə  durub sakit-sakit  baxır)  Səninləyəm indi yaxşıdı vəziyyəti? (deyirəm axı  sual verib) hə şükr ALLAHA  yaxşıdı.

Bütün  gün  30+  iş  yoldaşlarımla  qaldıq yenə təkə-tək.  Əslində  elədə pis insan  deyillər özlərində ama neynəmək olar  çox  sıxıcıdırlar.  Hə  belə  belə  işlər  deyirəm  qar  yağsa  pis olmaz qartopu falan maraqlı olar hə?

-Yox   yolumuza yaraşır  elə qar.  Donub ölərik. Bu  qışıda  sağ-salamat  keçirək.

-Hmmm düz  deyirsən qar  yağmasın  oturmuşuqda yerimizdə. (necədə maraqlı  insanlarsız).

-Gördüz  o qızın geyimini  bu  soyuq havada yubka geyinib  nəzik kapronla.  Day geyinməzdində  niyə geyinirdin o yubkanı  yox kimi  bir  şeydi  elə.

Hmm  Düz deyirsən. ( Heyf qız  gərək  nə geyinəcəyini  səndən  soruşarmış)

Bu  gün iş çox  az  aldı  sabahda işə gecikmişəm.  Yenə  müdirdən 1 ton söz eşidəcəm.

-Buyurun,  Şükr  ALLAHa  bu  gün  heç  yoxdan  yaxşı iş oldu. ən azından  heç  puldan yaxşıdı  Şükr  ALLAHA. (hə  belə danışım heç olmasa təsəlli verim, elə  bil iş çox olubda  mən görməmişəm,  mən nə edim  tutub  camaatı  bura gətirəsi  halım  yoxduki?  Dərslər  bağlanıb  kim gəlib  komputerdə vərəq çıxardarki?  Çox məntiqsizdi  bu  kişi  100%)

-Elə bu?

(Nə??  Elə  bumu?  Yox  var əlimlə arxada  gizlətmişəm birazdan süpriiiiz  deyib  çıxardacam nə  gözləyirmişsən  anlamadımki?) Həə  Vallah iş az oldu  bu  gün.

-Buyur  5 manat  götür get sağol!

-(Nə  5 manatmı?  Saat 9-dan  6a kimi oturmuşam  5 manat?  Haqsızlıqdı... işə gecikəndə   ama adama  necə sifət  edirsən?  Ama  adamada çox haqsızlıq  etmiyim  8 manat  gətirmişəm  5 manat verdi  ALLAHı varmış  heç olmasa).  Çox  sağolun ALLAH  razı  olsun sizdən.  ALLAH  sizi başımızdan  əksik etməsin.   Çox  sağolun, Sağolun.

-Sağol

-(Nə  sağolmu o  qədər  sözə bir  dənə sağolmu?)

..  Hə  gözəl  bir gün  mashALLAh  göz  dəyməsin.  Belə  getsə  kreditin pulun verə  bilməyəcəm.  Heç özümdə  başa düşə bilmirəm 350 manat  kredit ödəyirəm  ama  150 manat maaş  alıram bu işdə nəsə tərslik var  100%....10  günə  5 manatdan  50 manat ödəyərsəm  sonra  1  həftəyə.. aaa   avtobus keçdi  yolumdan tez düşməliyəm.. buyurun 1 nəfər..

-Neçə  nəfər?

(sanki  yanımda 10  nəfər  var  1  nəfər dayanmışam  elə bil)  1 nəfər..

-xırda  yoxdu?

-(sanki adama 50 manatdan  1 nəfər  çıx dedik.  5 manata xırdan yoxdu  sənin?)yox

-Guya  xırdavız yoxduda yalandan puluzu  xırdalamaq  üçün verirsiz  bilmirik guya.. buyur  puluvu

-Adama  bax bir  pul xırdalayacaq  1000  söz  dedi.  Məndəki bəxdə  baxda harda  dəli  var  məni  tapır  biabır elədi  məni  bütün avtobusa.  Ən azında 2  gün evdəyəm. 6  və bazar  günü. Nə?  Mən qaldığım günlərdə  pul almırdım axı necə verəcəm  krediti  2 gün çıxdıq  qaldı  8  gün  buda  40 manat  edir. Beləliklə.. 

-Keçdəəə tez ol

-(aaa  yolu keçirmişəm heç bilmədim)bağışlayın,  bağışlayın.

Gəl döy öldür  bir yol verdin bir döymədiyin qaldı  adamı  Adam kimi qoymadızda  bu gün kreditimi hesablayım  nəysə. Mən gəldiiim..

-Adam  içəri girəndə salam verər.

-Salam Ata necəsən?  Nə vaxtdır görmürdüm  səni (salam  verməsəm bütün günü başımın ətin yiyəcəkdi yaxşıki salam verdim  qurtuldum)

-Mən  diyəndən sonra??? Keçdi  day

Salam  verirsən  danışır,  vermirsən danışır, nəysə  gedim yemək yeyim.

-Yatım  bide sabah axşam  oyanacam day.. heç kəs  oyatmasın  məni.

Yerivi aç  sonra yat.

-oldu  mama

 

Hanı  mənim telefonum  saat necədi? Nəəə????  08:00?????  Niyə bu  qədər tez oyandım  mən??  Heç işə gedəndə  bu  vaxt oyanmıram mən? Yox  gözümü  yumum yenidən yatım..

Offf  niyə  yatmıram  mmən saat  neçədi??  09:00  off qalxım heç olmas.. yatmıram onsuzda..

-Saat neçədi mama??

-saat  başıvın üstündə  baxda

-bu  sözü  deyənə  qədər  vallah  saatı  desəydin daha  az  yorulardın

Gedim supermarketə 1-2  şey  alım şamponum yox  sabunum yox, ürəyimdə 1-2 şey istəyir.

Bunuda  alımda  nə olacaq ki, nə vaxtdır ürəyim    istəyir.  Hə  bidənədə bundan  son.

-nə  qədər  etdi?

-20.54

-Nə qədər???

-20 manat  54  qəpik

-nə??? (evmi  aldım??  hardadı  bu  kredit  kartı?  əlimi  hara atıram çek  çıxır)

Buyurun burdan  çıxın  zəhmət olmasa.

-balansınızda kifayət  qədər  pul  yoxdur.

-(bu  cümlə hardansa  tanış gəlir  mənə  hə tapdım  telefonda  deyir  balansınızda  kifayət  qədər  kontur  yoxdur ordan hmm)  nə??????????????  Pul  yoxdu??  Necə olar  100 manat olmalıdı. Yox  31  manata şalvar  aldım    8 manat  bir  kofta  30 manat bir  pencək,  20 manat papaq-şər  10 manatda  aaa qalmadı ki  pul..)  nağd   nə qədər  varım idi 4  manat.

-Xanım  4 manatlıq  malı  saxlayıb qalanını  qaytarmaq olarda  hə?

-Hə

-onda şampunla,  sabunla  saxlayaq birdə yoğurdu,  brdə fıstığı,  bidə  şokaladı, bidə saç rəngini, birdə....

-xanım çox  oldu

-ok  verin.

Sağolun... qaçım birdə  bu  supermarketə gəlmiyim biabır oldum  bu  nədi...qaç qaç  və arxana  baxma  evə çatana qədər  qaç..

 


... dəfə oxunub
Qiymət: 6/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+8=
Hesaba giriş
Müəllif

Lavinia
Haqqında
ya unudursan ya unudulursan
Əlaqə
E-mail:
sari.veruzgar@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0325 saniye