A dağlar oğlu
Sevil Hüseynli tərəfindən "Şeir" bolməsinə 22:40 09 oktyabr 2017 tarixində əlavə olunmuşdur

Vuruldum sənə bayram gecəsi,

Gördüm ki, gözlərin işıqla dolu...

Ürəyin incəsi, sözün incəsi

Gördüm ki, səndədi, a dağlar oğlu!

 

O gündən çox keçib, gözləmir zaman.

Bu illər ərzində qocaldıq yaman.

Son vaxtlar nədəndi  arada duman,

Saf  hisslər çəndədi,  a dağlar oğlu?

 

Gəl qovaq aradan getsin duman-çən,

Vurulaq təzədən, sevək təzədən.

Nə səhvimiz varsa, düzəkdək, nə qəm,

İxtiyar kimdədi, a dağlar oğlu?

 

Olan gözəlliyim solubdu bəlkə?

Qəlbin qarla-buzla dolubdu bəlkə?

Seviləm, ağlaram qəm çəkə-çəkə,

Səadət gendədi, a dağlar oğlu...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Sevil Hüseynli
Haqqında
İxtisas - dizayn mühəndisi, hobbi - astrologiya, ruhən - "ücretsiz sanatçı"
Əlaqə
E-mail:
svqamal@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0269 saniye