ABŞ prezidentlərinin təsvir edildiyi möhtəşəm abidə - Raşmor Dağı
Sirlər Ensiklopediyası tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 23:18 03 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Amerikanın ən məşhur simvollarından biri də şübhəsiz ki, Raşmor milli memorialıdı. Raşmor ABŞ tarixində dərin iz qoyan şəxsiyyətlərin xatirəsini öz əzəməti ilə ömürlük əbədiləşdirib.

Cənubi Dakotada, Black Hills dağlarında yerləşən memorial illik 3 milyona yaxın insanı qəbul edir.

Monumentin yaradılmasının ideyası yerli tarixçi Doan Robinsona məxsusdu. Düzdü, onun fikrinə görə qayada ölkənin inkişafına təsir edən digər şəxslər təsvir olunmalı idi. Məsələn: hind lideri “Qırmızı bulud”, və digər Amerikaya ilk ayaqbasanların təsvirləri əks olunmalı idi.

Möhtəşəm monumentin yaradıcısı heykəltaraş Qatson Borglum oldu. O, Robinsonun müraciət etdiyi ilk insan deyildi, lakin o bu ideya ilə çox yaxından maraqlandı və qayada hal-hazırda olan Amerika prezidentlərini təsvir etmək ideyasını irəli sürdü.

Təbii ki, xatirəsi əbədiləşdirilən hər bir prezident buna artıqlaması ilə layiq idi: Corc Vaşinqton- ilk prezident, Tomas Cefferson- müstəqillik bəyəmnaməsinin müəlliflərindən biri, Teodor Ruzvelt- ötən əsrin ilk illərində, çox çətin dönəmdə Amerikanı idarə etmiş şəxs, və təbii ki Linkoln- quldarlığı ləğv edərək, öz həyatı bahasına vətəndaş müharibəsinə son qoyan prezident.

1925ci il 5 mart tarixində işlərin başlanması haqqda qanun lahiyəsi hazırlandı. Lakin, proyektin icra edilməsi 2 ilə qədər gecikdi. Təbii ki, səbəb vəsaitin çatışmaması idi.

İlk işlər 1927ci il 4 oktyabrda başladı. İşlərin çoxu böyük depressiya illərinə təsadüf etdiyindən, Borqlum qaya üzərində işləməklə yanaşı, işlərin dayanmaması üçün vəsait də axtarmağa məcbur olurdu.

Memorial mərhələ-mərhələ hazır olurdu: 1930cu ilin iyuluna Vaşinqtonun abidəsi hazır idi. 1936 və 37ci illərdə müvafiq olaraq Cefferson və Linkolnun da abidələri hazırlandı. 1939cu ildə nəhayət Ruzvelt də qayada təsvir olundu.

Milyon dollar və 14 il bu gözəllikdə olan monumentin hazırlanmasına xərcləndi. Təəsüf ki, Borqlum son tamamlanma işlərinin başa çatmasına bir neçə ay qalmış- 1941ci ilin martında vəfat etdi. Son işləri heykəltaraşın oğlu Linkoln davam etdirdi.

Prezidentlərin təsviri təbii ki, monumentin ən gözəl və əsas hissəsi olsa da yeganə hissəsi deyil. Bundan başqa kompleksə Bayraqlar Xiyabanı(Avenue of Flags), bütün monumentə gözəl mənzərə açılan müşahidə meydançası Grandview Terrace, və təbii ki heykəltaraşın muzeyi aiddi. 

Kayzen.az


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+8=
Hesaba giriş
Müəllif

Sirlər Ensiklopediyası
Haqqında
Sirlər Ensiklopediyası Facebook səhifəsinin rəsmi Yazar.in profili. Ən maraqlı xəbərlər, qeyri-adi faktlar və sirli hadisələr haqqında yazılar, foto və videolar sizin üçün çox maraqlı olacaq...
Əlaqə
E-mail:
sirlerensiklopediyasi@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0291 saniye