AÇ OXU YAZDIĞIM ŞEİRLƏRİMİ
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 17:59 02 mart 2015 tarixində əlavə olunmuşdur

Aradan gör neçə il keçib artıq,
Hələ də sızlayır qəlbimin simi.
Yenə qarşılaşdıq sənlə üz-üzə,
Gəldi baxışların mənə yad kimi.  

Düşündüm nə yaman dəyişib bu qız,
Beynimdə fikirlər dolaşdı bir an.
Anladım hər şeyi, anladım birdən
Gözüm barmağına sataşan zaman.  

Bildim ki sən artıq mənim deyilsən,
Getmisən ömrümdən sən həmişəlik.
Eşitdim yamanca xoşbəxtsən indi,
Ana da olmusan hələ üstəlik.  

Eybi yox, sinəmə dağ çəkən həyat,
Sənin də sinəni dağlayar bir gün.
Bir zaman gözlərin selə qərq olub,
O daş ürəyinə ağlayar bir gün.  

Köçəri quş kimi uçdun və getdin,
Ömrümün ən böyük zilləti oldun.
Mənim həyatımın ilki olan kəs,
Kimin həyatında növbəti oldun?  

Yansam da şam kimi sənin oduna,
Mən tək sənə açdım öz sirrlərimi.
İşdir, nə zamansa düşsəm yadına,
Aç oxu yazdığım şeirlərimi.. 

İLKİN ABBAS


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+29=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0263 saniye