Bir gün məzarbaşlarına yazacaqlar ki, onu heç kim sevməzdi..
Axı o nə etmişdi ki?
Bir gün açarlar başqa qapıları açmağa cəhd edər. Bir gün qapılar taybatay açıq qoyular.. Bir gün o qapılar qırılar.. Bir gün qapısız bir "ev" olar..
O açar nə edəcəyini bilmir ki..
O açar mələyini gözləyir.. Amma hansı?
O açarın sahibi var.. Amma ölüb.. Öldürülüb..
O açar başqa kilidləri açmağa çalışmır.. O açar sahibini başqa bədənlərdə axtarmır..
O açar qırırqdı.. Artıq bir qapıda ilişib qalıb..
O qapıları mən kilidləyəcəm.. Kilidini sındırıb, tullayacam məzarlarına..
Mənə də yer aç yanında...