Günlər ayı qovur, aylar illəri,
Dəyişir bu dünya hər an hər saat.
Rəng toplusu olan il fəsilləri
Dünyani necədə dəyişir rahat.
Hami üstünlüyə əl atir indi
Hər şey unudulub köhnəlməkdədir.
Kimisi can alıb can satir indi
Gələcək naminə düşünməkdədir.
Hardadı keçmişin bəyi ərəni?
Ağ saqqal kişilər ağ birçək olub,
Dünənin Həmzəsi qatir törəni
Bu gün yalan içrə bir gərçək olub.
Bir vaxt şəffaf olan rəngli təbiət
Dəyişib büs-bütün eyni rəng olub.
Daha fərqlənməyir indi cəmiyyət
Erkəyi dişisi həmahəng olub.
Bir vaxt gözəlliyi ölçərdi ürək,
Gözəllik ölçülür indi “full” ilə.
Sevgini ürəklə qazanmaq gərək,
Sevgi qazanılır indi pul ilə.
Sevgi müqəddəsdi, pakdı bir zaman
Qeys dəli olub səhra arardi.
Bu günün sevgisi:- bir qız yüz oğlan,
Bu günün səhrası bulvardı, bardı
Əzəldən xislətən belədir heyvan
Parçalar, öldürər hər məqam ətçün.
Heyvan timsalinda dəyişib insan
Ki insan öldürür yüz qram ətçün.
Hər şey eyniləşir indi həyatda,
Çalışıb hər şeyi bir eyləyirlər.
Xeyir-şər birləşir indi həyatda
Daha yas əvəzi toy eyləyirlər.
Elnur, daha bəsdir, bitir söhbəti.
Kim anlayacaq ki, sözünü sənin.
Kimsə qəbul etməz bu həqiqəti,
Günahkar sayarlar özünü sənin.