Aciz
Çinarə Əlişli tərəfindən "Hekayə" bolməsinə 21:15 13 iyun 2018 tarixində əlavə olunmuşdur

                                                                   Aciz

        Ağ rəngdə divarla əhatələnmiş, içində dərisi boz rəngə çalan bir şəxs durmuşdu. Sanki yerə mıxlanmışdı, heç tərpənmirdi.  Birdən içəri mülayim  sifətli  daxil olur.  Gözləri bu şəxsə sataşdı. Hər ikisi bir-birinin sifətinə baxırdı. Digəri isə öz incə yerişi ilə irəli keçib dedi: 
-Sizə soyuqdu? 
-Yox, amma deyəsən sizə istidir? 
-Xeyir, lakin siz solğun görsənir siz! Sanki huşunuzu itirəcəksiz!
-Mən daimi belə tərzdə oluram. Amma sizin isti havanız məni incidir. Bir az uzağı dayana bilərsiz? Siz də neçə dərəcə olur? 
-500 dərəcə.-Deyə gözəl görünən bu şəxs xeyli arxaya keçdi. - Bəs siz? 
-430 dərəcə. Sizin adınız nədi? 
-Venera. Bəs sizin? 
-Merkuri... 
Qəflətən qapını kim isə döydü. 
-Salam, burda kim var?  Hə, sən kimsən?-Deyə içəri keçdi. Merkuri ağzını açıb özünü təqdim etmək istəyirdi ki, o, yenidən gözəl görünənə baxıb əlavə etdi.-Hə mən səni tanıyıram. Venera, düz dedim.

-Siz onun Venera olduğunu hardan bildiniz?

-Çünki ona gözəllik Allahının adı verilib.

-Bəli mən Venerayam. Siz isə həmişə müharibələrin tərəfdarı olan və sifətinizdə ki, qızartını nəzərə alsaq Marsınız.-Deyə onun üz ifadəsindən zəhirmar yağırdı.

-Bəli. Sən isə…-Deyə başını Merkuriyə sarı çevirir.-Deyəsən ilk planet olduğuna görə içəriyə ilk girmisən, Merkuri…Bu isti səndən gəlir?

-Xeyr, gözəl saydığınız planet təki isti havanı bura doldurur.

-Bu ki, mənim günahım deyir. 

Qəflətən qapı küləyin zərbəsi ilə açılır. Venera narazı tərzdə çığırır. Marsın üzü isə daha da qızarır.

-Üzür istəyirəm.-Qapıda dərisi sarı rəngə çalan bir şəxs dururdu. Arxasıcan qapını örtdü.- Məndən həmişə belə soyuq hava gəlir.

-Səhv etmirəmsə Yupiter. Küləkli planet.-Merkuri sözə başladı.

-Bəli mənim adım belədir. Siz isə ləng fırlanan planet.

Merkuri üz ifadəsi ilə bunu adi bir hərəkət hecab etdiyini göstərdi. Sonra Yupiter, ona kürəyini çevirən şəxsə baxdı.

-Siz isə məntiqə uyğun olaraq Yersiz?

-Yox, ay axmaq, məgər yer qırmızı rəngdə olur?-Deyə kobut üz ifadəsini ona görsətdi. Yupiter buz parçası kimi donub qaldı. Hətta qorxudan dili düyün vurmuşdu. Venera bu qarışıq vəziyyəti və uzanan sükutu düzəltmək üçün gülərüz sima ilə əlini küləkli tərəfə uzatdı:

-Venera.

-Tanış olmağa şadam.-Deyə Yupiter onun əlinə toxunmaq istəyirdi ki, Venera arxaya hoppandı.-Oh, üzür istəyirəm mən unutdum ki, əllərim soyuqdu və sizin üçün zərərlidi.

-Üzür istəməyə ehtiyac yoxdu…Mən özüm…

Qapı yenidən açıldı. Başında iri halqalı şlyapası olan bir şəxs orada durmuşdu:

-Kimsə mənə deyə bilərmi nəyə görə biz bura yığışmışıq?

-Hal-hazırda bunun cavabını heç kəs bilmir. Siz kimsiz?-Venera gülümsünür.

-Mənim adım Saturn. Özümü, insanların fikirincə əfsanələrdəki Səpin Allahı kimi təqdim edə bilərəm.

-Hə, yadıma düşdü sizin halqalarınız gecələr işıqlanır. Buna görə gecə səmada daha parlaq görsənirsiz.-Yupiter hiss etdi ki, daha yaxına gələndə öz havası ilə onu narahat edir.

-Hə düzdür. Küləyin sayəsində belə anlayıram ki, Yupitersən.

-Bəli.-Deyə içərdən pərt olub bir qırağı çəkildi.

-Məni tanıdığınıza görə təşəkkür edirəm. Əgər mən parlaq olmasaydım…

-Hamı üçün daha rahat olardı.-Qırmızı sifət onun sözünü kobut tərzdə kəsir.-Yaxşı bu nədir axı? Niyə bizi bura yığıblar?…Biri bir kənarda durub daxilən hamının qeybətini qırır, biri bütün gün gülümsüyür, biri özünü ağıllı görsədir, indi sizdə özünüzdən razısız.

-Anlamadım qeybət qıran deyəndə kimi nəzərdə tuturduz.-Axır ki, Merkuri gur səsini çıxarır, çarpazladığı əllərini göyə qaldırır.-Siz isə qırmızı rəngdə, kobud axmaqsız.

-Mən sadəcə gülümsəməyi sevirəm.-Veneranın incə səsi otağı aldı.

-Yaxşı, yaxşı bəsdirin.-Yupiter deyilən sözləri qulaq ardına verdi.-Hər kər özlüyündə müxtəlif fikirlidi. İndi bu mübarizə başlasa axırı yaxşı bitməz.

-Əslində Mars düz deyir. Mən özümdən razıyam və bununla fəxr edirəm. Mənim halqalarım çox gözəldir. Sən isə bir parça qırmızı şeyə oxşayırsan.-Deyə gülməyə başladı.

Mars dərindən köks ötürdü və gözlərini süzdürdü. Sonra ovcunda yumruğu düyünlədi.

-Deyəsən kim isə mənim gücümün dadına baxmaq istəyir.

-Mənə elə gəlir ki, buna ehtiyac yoxdur.-Deyə Venera isti əlləri ilə onun qolunu sıxdı.-Saturn, burada sizi görmək çox xoşdu, amma xahiş edirəm dilinizi dinc tutun.

Bu mülayim sözlər bir az təhqir edici kimi eşidildi. Saturn sadəcə Veneranın payını vermək üçün mübarizəyə davam etdi.

-Sən də elə eyniylə. Heç bir şeylə fərqlənmirsən.

Mars Veneranın qəzəbini hiss etdi. Hətta bu ağır duyğu ona toxundu. Çünki Venera onun qollunu isti əlləri ilə sözün əsl mənasında yandırırdı. Mars bir qırağı çəkildi. O, hətta indi nə baş verəcəyini anlayırdı.

-Siz əgər gözlərinizi bir az iri açsanız, mənim kim olduğumu və hamıdan nə ilə fərqləndiyimi görə bilərsiz… Bilməyəndə isə boş-boş danışmayın, 6-cı planet.

-6-cı planet olduğuma görə sevinirəm. Sənin kimi qonşum yaxşı ki, yoxdur. Yaxşı, görəsən sən nə ilə fərqlənirsən?

-Mənim adımı gözəllik Allahı qoyublar. Sadəcə kefləri istədiyi üçün deyil…Bunun bir səbəbi var. Bəs sizcə nədən rəssamlar mənim şəkillərimi çəkirlər. Düzdü tam olaraq mənə bənzəmir. Amma gözəlliyinə əsasən onun adı Veneradı. -Deyə sonuncu sözləri vurğuladı.  

-İnsanlar kimdi ki, sən onlara belə hörmət bəsləyirsən.  

-Bəstirin, gəlin sakitləşək.-Yupiter axır ki, yenidən aranı sakitləşdirmək əleyhinədi.

-Sən bizə ağıl öyrətmə.

Marsın dediyi bu sözlər sonda Yupiterdə daxilən küləyi deyil tornadonu təsis etdi.

-Mən sadəcə aranı sizin kimi qızışdırmıram. Onu soyuduram.

-Mən aranı qızışdırmadım heç…

-Artıq bezdim. Bu nədi axı?-Merkuri əlləri ilə qulaqlarını tutdu.

-Mən insanlara hörmət bəsləmirəm…Tanımadığın varlığa necə hömət edə bilərsən?-Venera Merkurinin hərəkətini bir qırağı qoydu və verilən suala cavab verdi.

-Mənim fikrimcə onlar heç bir şeyə layiq deyillər.-Mars söhbətə qarışdı. Yupiter köks ötürməklə yenidən onun diqqətini çəkdi.

-Sənə nə olub, niyə ufuldayırsan?

-Siz yenədə hamıdan narazısız və hamı haqqında yalnız bəd bir fikir söyləyərsiz. Həyatda kimsə bərədə yaxşı ifadə demisiz?

Marsın üz ifadəsindən belə qərara alınır ki, o deyilənlərə laqeyd yanışır. Yupiter isə savadlı düşüncələrini davam etdirir.

-Bəlkə bu varlıqlar biz bildiyimizdən də yaxşıdırlar.

-Hə…Bu dəqiqə…Bu varlıqlar lap ağıllarını itiriblər. Öz planetləri az deyil, məni də əlləməyə başladılar. Daha doğrusu öz gic-gic cıhazları ilə…-Bir anlıq hamı heyrətdən nəfəsini tutub Marsı izlədi.

-Nə? Nə baş verir? Niyə təccüblənirsiz?-Qulağlarını açan Merkuri onlara gözünü zillədi. Lakin heç kəs ona cavab vermədi, çünki onların əqidəsində sənin üstündə gəzmək kimi düşüncə ilişib qaldı.

-Həqiqətən bu cihazları ilə məni cızıb yara-yara elədilər. Bütün günü bu traktordu nədi üstümdə gəzir bitmir. İkincisidə artıq axmaqlaşıb bir neçə dəfə özünü iri qayaya vurur. Məni bir az eşələyib, qurdalayırlar və sonra elədikləri bu hərəkətdən belə narahat olmurlar. Düzü çox ağıllıdırlar. Buna söz yox…Amma ki, bu qəribə hərəkətləri…Yer bunu necə dözür…

-Demək istəyirsiz yaradılan və deyilənə görə günahsız sayılan bu varlıqlar belə edirlər?-Deyə Yupiter başını qaşıdı.

-Mənə elə gəlir ki, burda əcaib heç bir şey yoxdur.-Saturnın sözə başlaması yenidən Veneranın sinir sisteminə təsir etdi.

-Təbii ki, bu səni heç maraqlandırmır. Çünki insanların kim olduğunu heç bilmirsən.-Mars daimi üzündə əks olunmuş qəzəblə dedi.    

-Bəstirin artıq! -Merkurinin səsi sanki hamının qulağında zigildədi.-Mən…                              

     Qəflətən qapının cırıltı səsi onun sözünü yarıda qoydu. İçəri girən şəxsin bədəni yaşılla, mavi rəngdə və çox iri, uzun görsənirdi. Hətta qapıdan güclə keçdi. O, sıxılaraq hamıya göz gəzdirib, bir küncdə oturdu. Hələ içəri girən şəxsin gətirdiyi bu qəribə sükut davam edirdi. Axır ki, onların arasında daha ali cənaba bənzəyən Yupiter, soruşdu:

-Sizin adınız nədir?

Əslində Yupiter onun kim olduğunu o dəqiqə başa düşdü. Sadəcə yenidən səhvə yol verib, biabır ola bilərdi. Küncdə oturan şəhadət barmağını qaldırıb özünə görsətdi və sual verici nəzərlə onlara baxdı.

-Bəli, bəli sizin adınız nədir?

-Mən..mən…mənim adım Uuuran.

-Uran…-Yenidən kobut səs gəldi. Həmçinin avazın daxilində narazı bir tərəfdə eşidilirdi.-Dal qabağ hərəkət edən sən sən?... Bununda halqalarını yenicə kəşf ediblər. Demək olar ki heç görsənmir. 
     Həqiqətən qara ensiz halqalar onu dövrəyə almışdı. Uran bu sözlərdən sonra daha da sıxıldı və başını aşağı salıb sakit oturdu. 
- Yaxşı gəlin hələ iki planeti bəkləyək.-Yupiter fikirli halda dedi. 
-Niyə iki planet? Hələ ulduzlarda gələr.- Mars elə öz rəqabətini aparmaqda idi.-Bəlkə peyklərdə girişərlər. 
-Ağ eləmə, peyklər həddən artıq çoxdur. Mən əminəm ki, ən çox peyk Urandadı. 
Hamı eyni zamanda bir kənarda oturan, küncə güclə sığışmış Urana baxdı. Yupiter sualını ona tərəf yönləndirdi:
-Sizin neçə peykiniz var? 
-Mə...Mə...Mənim...on... Onaltı. 
-Bir dəqiqə, sən səhv deyirsən. Ən çox peyk məndədir və yenədə mən üstünəm.-Bu an Venera hamını alçaq hesab edən Saturnun sözlərinə ucadan cavab olaraq ufuldadı. Artıq söz deməyə taqəti yox idi. Saturn bunu qulağıdan uzaq eləyib sözünə davam etdi.-Səncə hansı daha çoxdu 23 ya 16.

O, Yupiterə qarşı əsəbini cilovlaya bilmədi. 
-Hə hərdən səhvlərə yol verirəm. Nə isə mən demək istəyirdim ki, əgər bütün peykləri toplasaq otağda sadəcə onlar üçün yer qalmaz. 
         Yenidən bu zəhrimara qalmış qapı açılır. Bu dəfə orada duran tamamilə mavi rəngdə idi. Qaşlarını çatıb hamının fikirli üzünü seyr etdi. Sonra gülümsünüb irəli keçdi. Görüntüdən sərxoşa bənzəyirdi. Çünki çox səmimi şəkildə hərəkət edib, gülürdü. Otağa girən kimi buz kimi havanı içəri gətirdi. 
-Bilirəm ilk baxışdan sizin üçün maraqlı gəlirəm. Həm də sonuncu olduğumu nəzərə alsaq çox soyuğam.-O, dişlərini ağartmağa başladı.-Nə isə mənim adım Neptundu. 
Yenədə sonsuz dərəcə gülür. 
- Siz niyə gülürsüz? - Deyə Venera anlaşılmaz tərzdə qaşlarını çatır. 
-Sadəcə bu gün kefim kökdü. Sizin aranızda Uran kimdi? 
Yenidən hamı səssiz küncə baxdı. Elə Neptununda gözü ora getdi. 
-Hə siz həmişə mənim üçün irəlidəki məkanı örtürsüz. Amma nə edək belə yaranmışıq. Keçək sizə. Mən bir planet tanıyıram. - Deyə barmağını yuxarı qaldırdı. Hamıda maraq kəsib edən ifadə ilə ona baxırdı. 
-Bu planet bizdən əcaib bir müəmma ilə fərqlənir. - Deyə yenidən sözünə davam edir. - Bu planet də həyat var. Bizdən fərqli olaraq bu planeti kim isə idarə edir və o aciz vəziyyətdədir . 

-Məntiqə əsasən burada yalnız bir planet çatışmır. O, da Yer Kürəsidir. Nədən onun aciz olduğunu dediniz?-Deyə Yupiter fikrə getdi.

-Çünki onun üst qatı getdikcə pisləşir. Dəqiq bilmirəm…Onların adlarını da unutdum…Nə idi axı…Onların adları…Eeeee…

-İnsanlar?-Yupiter öz fikrini bildirdi.

-Hə..Hə…-Yenidən gülməyə başladı.-Bəlkə yalnış söyləyə bilərəm, amma mənim fikrimcə onlar planetə qarşı ən böyük cəzadır…

-Gördünüz…Gördünüz…Mən nə deyirdim…Yupiter sən yenədə səhv dedin…-Marsın təbəssümü qisasını almış birinə bənzəyirdi.

-Siz insanlar haqqında bu məlumatı hardan bilirsiniz.-Merkuri nəhayət maraqlandı.

-Mən sizin aranızda ən kiçik planet olmağıma baxmayaraq qulaqlarım ətrafı eşidir.-Deyə dişlərini ağartdı.

-Biz heç bir şeyi dəqiq bilmirik, bunu bilən yalnız Yerdir və hal-hazırda aramızda olmaması şübhəlidir. Çünki o, 3-cü planetdir. Bax buna görə mən narahatam.-Venera sözə başladı.

-Bəl…kə…o…Ge…ci…ci…ci…kir…-Uran başını aşağı salıb danışdı.

-Axı bu qədər gecikməz…Artıq hamı burdadır

-Bəlkə biz bildiyimiz həyata keçirilib.-Neptun bir qaşını qaldırdı. Özünü ciddi görsətmək istəyirdi.

-Nə? Sənin söylədiyini anlamadım?-Deyə Mars irəli keçdi.

Neptun birdən kinayəli gülüşünü otağa yaydı.

        Qəflətən qapı çırpılıb açıldı. O, gülüşünü kəsdi və indi otaqda qapının əks-sədası gəlirdi. Orada  ayaq üstə güclə duran şəxsə hər kəs ağzını ayırıb baxırdı. Bu dəhşətli görüntüdən onların gözləri doldu. Yəni həmişə xəyallarında qurduğu bu səhnəni, həyatda görmədiklərinə inanaraq indi bunu həqiqətən bəbəkləri canlı-canlı izləyirdi. O, sürünərək özünü irəli itələdi. Diz üstə durub başını aşağı saldı. Cəld hamı ondan ayrıldı. Çünki onun başında qara rəngə çalan bir tüstü çıxırdı. Bir qolu külə dönmüş digər qolunda isə dərisi soyumuşdu və qırmızıya çalan əti görsənirdi. Saçları dağılmış, paltarı  cırılmışdı. Digər planetlər cəld burunlarını örtdülür. Çünki ondan zibilin qoxusu gəlirdi. Birdən yerdə yazıq vəziyyətdə oturan bu şəxs başını qaldırdı. Bu dəfə gördükləri onların yaddaşlarında həkk olundu və indi seyr etdikləri həmişə gözlərinin qabağına bir faciə kimi görünəcək. Bu şəxsin gözlərində bildiyimiz göz yaşları indi şəffaf deyil, qırmızı rəngdə idi. Qan onun yanaqlarından süzülüb gedirdi. 
-Sən kimsən? - Deyə Merkuri çığırdı . 
-Yer.. Yer kürəsi. 
-Sənə nə olub? 
-Niyə səni belə qoxu örtüb? 
-Niyə dərin yanıb? 
-Baxın onun əti görsənir. 
-Sənin başın yanıb.
-Niyə köynəyin bu gündədi? 
Hərə bir tərəfdən təəcüblü suallarını verirdi. Hətta sakit küncdə oturan Uran yaxınlaşıb soruşdu:
-Sə…nin göz…lərin…dən qan axır. 
-Mən... Mən... Məhv oluram…Bacardığım…Qədər…Dözdüm…Hər şey bitdi. Yer kürəsi... Dağılır... Mən... Ölürəm. Onlar... Onlar... 
-Kim səni bu günə qoyub? Niyə səninlə belə rəftar ediblər? - Həmişə kobud səslə danışan Mars indi sakit və titrəyən avazla söylədi. Artıq cansız gözlərlə onlara baxan Yer Kürəsi pıçıldadı:
-Bunu edən in...in... İnsanlardı... -Deyə döşəməyə sərildi.

                                                                                            Əlişli Çinarə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+37=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
alishlychinara@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0391 saniye