Acizlər
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:35 07 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ağır xəstəliyə mübtəla olanların həyatdakı çarəsizliyi anlaşılandır.Çarəsizliyin sonu ölüm,ölümün başlanğıcı zahidlər üçün əbədiyyət,zalımlar üçün cəhənnəm əzabıdır.Bu üzdən,həyatı anlayan,dünyanın gedişinə,gərdişinə vaqif olanlar üçün fani dünyadakı çarəsizlikləri faciə deyil.Çarəsizlik cismən deyil,ruhən baş verdiyi zaman acizlik önə çıxır.Misgin həyat tərzlərinə yenik düşən,qorxaqlığa boyun əyib,zalım rəhbərlərinin qarşısında bir qarın çörək üçün dörd bükülənlər öz istəklərinə uyğun yaşamlarını qurmaqda acizdirlər. Zəhmətin yerini yaltaqlıqla dəyişib özlərini rəngdən-rəngə salan acizlər düzənlərini belə,bu qaydada qurmağa çalışarlar.Ağalarının təhqirləri qarşısında şəxsiyyətlərini qorumaq yerinə,məddahlıqlarının dozunu daha çox artırarlar.Bir də ki,bu qəbildən olanlar üçün,öz şəxsiyyətləri ciblərində daşıdıqları şəxsiyyət vəsiqəsi ilə tamamlanar. Acizlərin həyata baxışları özlərini yazıq sifətinə salıb dilənməklə yekunlaşıb.Özünə inamsızlıq, qorxaqlıq, xəyanət,özünə dəyər verməmək acizlərin xislətinə cəm olmuş nəsnələrdir.Belə çirkin xislət sahibi olanlar üçün mübarizə hissi,mücadilə istəyi əhəmiyyət kəsb etməyən dəyərlərdir.Acizlik insanlığın itirilməsi,mənəviyyatın torpağa gömülməsidir.Müqəddəs torpağ isə,bütün pislikləri ört-basır edən yeganə sığınacaq yeridir...


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+27=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0436 saniye