Ad günü. Zimina Svetlana
Afig Huseynov tərəfindən "" bolməsinə 02:37 15 may 2014 tarixində əlavə olunmuşdur

 Taksiyə əlində böyük bir gül buketi tutan qadın mindi,o donunun ətəyini əsəbi halda taksinin içərisinə yığdı və dedi:

-Zəhmət olmasa bir az tez gedək,tələsirəm !

-Yəqin bayram yığıncağına ,-taksi sürücüsü zarafat elədi.

-Hə,bu gün qızımın ad günüdür,25 yaşı tamam olur!O məni düz saat 15 də gözləyir.Saatın əqrəbləri 14.40 ı göstərirdi.

-Onda gecikməmək üçün tez getməliyik,zəhmət olmasa ünvanı deyərdiniz.

-Çox da uzaqda deyil-Şimal qəbristanlığına,zəhmət olmasa,-eyni zamanda qadın nəmli və kədərli gözlərlə sürücüyə baxdı.Sürücü qadına maraqla nəzər saldı,amma heç nə demədi və ağlamaqdan özünü güclə saxlayaraq danışmağa davam edən qadını dinlədi.

-Bilirsinizmi, Yuliyam məni 1 ay bundan qabaq tərk etdi,ancaq dünən gecə mənə zəng etmişdi -anacan bilirəm ki,çox darıxırsan,mənim ad günümdə mənim yanıma gəl,biz səninlə dərdləşərik dedi.

Qadının üzündə titrək gülümsəmə əmələ gəldi.-O məni gözləyir!

Hava isti idi,yolda möhkəm tıxac var idi.Sürücü dedi :

-Qorxuram ki,sizi vaxtında çatdırmayım?!

-Heç nə olmaz,onsuz da çatmağımıza lap az qalmışdı,mən piyada daha tez çataram!

Qadın düşdü,tələsik addımlarla qəbristanlığa sarı getdi və tez bir zamanda döngəni burulub gözdən itdi.5-10 dəqiqəyə tıxac əriməyə başladı və taksi sürücüsü yoluna davam etdi.Qəbristanlığa yaxın döngəni keçərkən  ona tanış gələn güllərin yola səpələndiyini gördü.Çox pis qəza baş vermişdi,həmin qadını maşın vurmuşdu!Külək qadının saçlarını və əlində qalan gülləri yüngülcə sığallayırmışcasına yellədirdi.

Sürücü saatına baxdı ,düz 3 tamam idi.

Hər halda qadın vaxtında çatmışdı...


... dəfə oxunub
Qiymət: 9/10(18 səs)
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0216 saniye