Ad gününüzə görə necə sevgilisiniz?
Aysel Məhərrəmova tərəfindən "Digər yazılar" bolməsinə 17:41 03 sentyabr 2014 tarixində əlavə olunmuşdur
Ad gününüz şəxsiyyət xüsusiyyətləri haqqında bir çox ipucu verdiyi kimi eşq həyatınıza dair məlumatlar verir.
 
Ad gününüzün, eşq həyatınız üzərində inanılmaz və ovsunlayıcı təsirləri var. Bu təsiri öyrənmək üçün lazım olan, fərdi nömrənizi hesablamaqdır. Yaxşı, bəs necə hesablamaq olar? 
 
Numerologiya "Aşk və Əlaqə Rəhbəriniz" adlı kitabın yazıçısı Sonia Ducieyə görə, numerologiya, digər insanlarla olan fiziki, romantik, məntiqi və ruhi əlaqələrinizi anlamanızı kömək edir.
 
Şəxsi nömrənizi tapmaq çox sadədir:
 
Bunun üçün yalnız ad gününüz lazımdır. Məsələn ayın 4-ündə doğuldunuzsa, fərdi nömrəniz "4" deməkdir. Əgər cüt rəqəmli bir gündə, məsələn 15-ində doğuldunuzsa, nömrəniz "6" (1 + 5 = 6), ayın 29 'unda doğuldunuzsa, fərdi nömrəniz "2" (2 + 9 = 11, 1 + 1 = 2) olur. İndi nömrənizi təsbit etdinizsə nəticələrə baxa bilərik ...
 
Eqoist birlər
Doğuşdan liderlik xüsusiyyətiniz və idarəni əlinizdə saxlama istəyiniz, həyatınızın digər sahələrində olduğu kimi eşq həyatınızda da özünü göstərir. Çətin xarakterli birisiniz, çünki "Həmişə mən, həmişə mən!" deyirsiniz. Bu eqoist quruluşunuz, insanların sevgililərini oğurlamağa qədər gedə bilir.
 
Romantik ikilər 
Romantizm, sizin üçün ən başda gəlir. Sevildiyinizi hiss etməyə ehtiyacınız var. Siz də qarşılığında sevgi verirsiniz. Sevgilinizin əlini tutmaqdan xoşlanırsınız; çünki bu sizin ruhunuzun digər yarısıyla əlaqə qurmanızı təmin edir. Çox verici bir insansınız, almagi də öyrənməlisiniz.
 
Eşqbaz üçlər
Eşqbazlıq tam sizin üçündür. Amma bu çox vaxt başınızın bəlaya girməsinə gətirib çıxarır. Bu səbəblə, həyatın reallığından uzaqlaşmaq istəyirsiniz.
 
Ehtiraslı dördlər
Çox romantik və ehtiraslı bir insansınız. Həm özünüzün həm də sevgilinizin ehtiyaclarını qarşılamaq və təmin etmək üçün əlinizdən gələni edirsiniz. Güvən sizin üçün çox əhəmiyyətli. Daha təbii və rahat davranaraq əlaqənizə həyəcan qata bilərsiniz.
 
Dəyişkən beşler
Külək kimi dəyişkənsiniz və sizin bu quruluşunuzla ayaqlaşa biləcək bir sevgiliyə ehtiyacınız var. Həyatınızdakı hər adam ayrı bir macəradır. Eşq mövzusunda çox səbrsizsiniz.
 
Şəfqətli altılar
Çox qabiliyyətlisiniz və birinə aşiq olduğunuzda şəfqətli və comərdsiniz. Məntiqinizlə deyil, ürəyinizlə hərəkət edirsiniz. Həyatınızda heç olmasa bir dəfə, qırdığınız bir ürəyi təmir etməyə çalışın.
 
Xəyalpərəst yeddilər
Sevdiyinə sığınırsınız. Xəyal qurmağı sevən bir insansınız. Reallıq sizi çox sıxır. Buna görə uzaqdan sevəcəyiniz bir kişini seçirsiniz. Sizinlə ayaq uydurmaq biraz çətin olur.
 
Cazibəli səkkizlər
Ətrafınızı ovsunlayırsınız. Sevdiyiniz sizinlə birlikdə olmaqdan böyük xoşbəxtlik duyur və özünü bu mövzuda şanslı görür. Eşqin idarəsini əlinizdə tutur, "oyunlar" oynamaqdan xoşlanırsınız. Qürurlu və eqoist ola bilirsiniz.
 
Mərd doqquzlar
Çox verici bir insansınız. Mükafatınızsa, yoldaşınızı xoşbəxt görməkdir. "Yumşaq oyun"lar oynamaqdan xoşlanan bir insandan, dəli və vəhşi bir varlığa çevrilə bilirsiniz. Çox tez əsəbiləşir, çox tez də sakitəşirsiniz.
 
qadin.az

... dəfə oxunub
Qiymət: 1/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+28=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.044 saniye