Ad qoymadım siz qoyarsız(2)
Mehriban tərəfindən "Digər yazılar" bolməsinə 12:40 25 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Uşaqlıqdan cəmiyyət içində mədəni olmağa öyrədildim, tərbiyəli ol ağıllı qız ol, ağlamaq olmaz dedilər. Ən yaxşı məktəblərdə oxudum elmli olmağı öyrətdilər. Ən bahalı geyimlər geyindirib vitrin oyuncağı kimi bəzədilər. Bəlkə hərşeyi öyrəndim hərşeyə sahib oldum amma sevməyi sevilməyi öyrətmədilər. Xoşbxətçiliyi bahalı hədiyyələrdə yox kiçik gözəlliklərdə tapmağı öyrətmədilər. İnsan olmağı bunu hiss etməyi öyrəmtədilər. Bəlkə buna görədir, həyata olan soyuqluğum, kinim. Yada bəlkədə günah məndədir. Bilmirəm
Ümidim yox sabaha, sanki gün çıxmasada olar. Həvəsim, həyəcanım yox yeni sevgilərə, hamısının sonu eyni. Bir neçə gün çəkən süni xoşbəxtçilik və sonda böyük çöküşlər. Hər dəfə əvvəlkindən daha ağır zərbələr. Günahkar yenə mən. Hər yeni gündən bir fərqlilik gözləməkdi ən böyük səhvim. "Bu günüdə yola verim bəlkə sabah daha fərqli olacaq" dedim hər gün. Yenə eyni gecə , yenə qırılmış ümidlər.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
mehri.kerimova@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0813 saniye