Ad qoymadım, siz qoyarsız
Mehriban tərəfindən "Digər yazılar" bolməsinə 23:04 24 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Qocaldım sanki, mən əvvəlki tək güclü deyiləm, saxta gülüşümün ömrü qısadır indi. İstəsəmdə gizlədə bilmirəm hisslərimi, istəmirəm bəlkədə. Artıq veciməmi bilmirəm başqalarının fikri. Onsuzda hecvaxt bəyənə bilmədilər məni.
Əvvəllərdə beləydim, indi dahamı dərin yaralar? Susqunluğumun fəsli uzundu indi.
Bezginliyim və yorğunluğum  hətda zövq verir mənə sanki, üstü basılan yaralar kimi. Canım yandıqca yansın istiyirəm, başqalarının heyfini özümdən çıxırmış kimi...
Utandırdılar məni yanlızlığımdan. 'milyonların içində təklik çəkirəm' deyə bilmədim heçkəsə. Gülərdi qohum əqraba çünki, "atan anan sağ qohumların var niyə tək olasan" deyərdilər yəqin. Başa düşmürlər heçvaxt. Çox incidir yalandan gülmək məni. Gecələr ağlamağa səbəb artır. Bilmirəm birisi acısın istiyirəm hətda bədbəxtçiliyimə əlini uzadıb çəksin çıxartsın sükut quyusundan məni. Susduqlarım kar elədi qulağımı. Qəlbim məzəmmət eliyirmiş kimi məni sızıldayır daim. "Sus" deyə bilmirəm içimdəki fırtınalara. "Döz" deyə bilmirəm


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+36=
Hesaba giriş
Müəllif

Mehriban
Haqqında
Özüm özümlə danışdığım qədər başqa biriylə danışmıram. Səbəb dəlilik deyil sadəcə bilirəmki insanı en yaxşı özü dinliyə bilər ...
Əlaqə
E-mail:
mehri.kerimova@inbox.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0305 saniye