ADAM
Rahil Rizvan tərəfindən "Şeir" bolməsinə 17:32 22 dekabr 2017 tarixində əlavə olunmuşdur

                    ADAM

Bilmirəm düşüncən, xəyalın nədir
Niyə  kövrəlmisən bu qədər, adam?
Soruşsam yaxşısan,hər şey əladı
Gözündən tökülür qəm, kədər, adam.

Görünür, yanmısan nə vaxtsa yaman
Ağardır Qapqara telini zaman
Bükülsə qamətinin, verməzlər aman
Gəl etmə ömrünü sən hədər, adam.

Keçmişdən dərs alıb bu günü yaşa
İrəllə zirvəyə, get çıx ən başa
Döndərmə özünü ruhsuz bir daşa
Dayanmaq insanı məhf edər, adam.

Bir dənə xətt çəkib üstündə  onun
Çıxar at üstündən qəm-kədər donun
Özündə bilirisən bu halın sonun
İnsan haqq yoluyla düz gedər, adam.

15.12.2017


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0351 saniye