Addım-addım ölümə
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:04 07 yanvar 2016 tarixində əlavə olunmuşdur

Ölümdən qorxuram. Ölümə addım-addım yaxınlaşıram. Ölümü hiss edirəm. Ölümü qavrayıram. Ölümə inanıram. Ölüm barədə düşünürəm. Ölümü kəşf edirəm.

Ölümü hiss edərək qəbul etdiyim andan etibarən dünyadan uzaqlaşıram. Dostlarımı, qonşularımı, hətta ailəmi də görmək istəmirəm. Nə qonaq getmək istəyirəm, nə də qonaq qəbul etmək. Keçmişim barədə düşünürəm. İştahım azalır, arıqlayıram. Əvvəllər yediyim yeməklərdən ləzzət almıram. Bir zamanlar mənə əyləncəli görünən hər şey artıq maraqsızlaşıb. Ancaq yatmaq istəyirəm.

Günlərim yatmaqla keçir. Ətrafı dərk etmək qabiliyyətim dəyişilir. Gizli düşmənlərim olduğunu düşünürəm, məni təqib edirlər, məni məğlub edirlər. Bəzən ölmüş biri ilə danışıram.

Bədən temperaturum, qan təzyiqin azalır. Nəbzim gah yavaş, gah sürətli vurur. Tərləyirəm, dərimin rəngi dəyişilir. Nəfəsim də nəbzim kimidir.

Sanki aylardır olmadığı qədər özünü güclü hiss edirəm. Yatağımdan qalxıram, danışmaq və çox yemək istəyirəm.

Nəfəsim nizamsızdır, yavaşdır.

Əllərim və ayaqlarımda bənövşəyi ləkələr var.

Reaksiya verə bilmirəm.

Gözlərim açıq olsa da, görə bilmirəm.

Sevdiklərim yanımda oturub mənimlə danışırlar.

Nəfəsim tamamilə kəsilir, ürəyim dayanır...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+16=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0206 saniye