Ruhumuzu maskalar gizlədir
Qoxumuzu ətirlər
Gülüşlər yarımçıq içilmiş çay tamında
Yenə gözlərdə qaranlıq işıq
Kipriklərin kölgəsi boğur yanaqları
Və üzdəki qırmızı ləkələr parlayır ulduz tək
Hamı sözləşmiş kimi baxır uzaqlara
Amma heç kəs anlamır
Axı maraqlı heçnə yoxdu o xarabada
Salam adəm övladı
Xoş getdin cənnətdən,yarısını yediyin alma hanı?