Nə bir həqiqət var ,nə bir tarix
Yalanla uydurulmuş millət var
Vətən var, adı siyasət
Şəhid var, adı yoxsulluq
İtirilmiş dəyərlər var, adı müasirlik
Yaltaqlıq var, xainlik var,adı qəhrəmanlıq
Adsız məzarlar,unudulan qəbrlər var, adı soyqrım
Torpaq var, adı dəyişilmiş,yaddaşı silinmiş
Çingiz var,xocalı var adı,unudan gənclər
Ürəyə tökülən göz yaşları var,adı ana
Neft var, qaz var adı,odunla isinənlər
Kədər var, adı gizlənən göz yaşları
Haqqı taptalanan,əməyi oğurlanan var,adı kasıb
Rüşvət var,oğurluq var, adı qoçaqlıq
Dilənən əllər,utanan baxışlar var,adı kimsəsizlik
Neft ölkəsinin varlısı,kasıbı var, adı demokratiya
Azadlıq istəyi var, adı qorxaqlıq
Yalana bürünmüş vicdan var, adı doğruluq
Qazandığımızdan çox itirdiyimiz var, adı satqınlıq
Başı bəlalı tariximiz var ,adı unutqanlıq
Yağı görkəmində düşmənimiz var,adı dost
Əlimizdən alınan cəsarətimiz var,adı qürursuzluq
Doğruları yazan qələm var, adı vətən xaini
Bu diyarın günəşi oğurlanıb adı, qaranlıqlar dustağı
Yazan qələmin,çırpınan fəryadı var,
adı daş qəlbin, susqun dodaqları.