Adım flashmob
Narniya tərəfindən "Ədəbi tənqid" bolməsinə 09:01 14 aprel 2015 tarixində əlavə olunmuşdur

Adım flashmob`dur. İngilis əsilliyəm. “Toplam qığılcımıyam. “Xoş məramımdan xəbər versin deyə yeni layihəmə “Kitab oxumaq” ləqəbi ilə imza atdım. Nə yazıq ki, yetkin olmayan düşüncələr məni müttəhim kürsüsündə oturdub “ Az özünü göstər, reklam et! Məqsədin sosial şəbəkələrdə paylaşıb like yığmaq, komment yazmaqdır! Ətin tökülsün! Kimdir oxuyan, yalandan gözlərin kitaba dikibsən! İndi oxuyan var ki? “kimi əsassız ittihamlarla qabırğalarıma qabırğalarıma döşədilər. Mütaliəyə marağı artırmaq cəhdlərimi, hər kəsin oxumaq təşəbbüsünün kütləviliyindən təəccüblənib “Təxribatdırmı?” deyərək kölgələmək istəyi bir azca da olsa sındırdı məni. Makiavellinin “ Məqsəd vasitələri doğruldur. Əgər ictimai mənafe naminədirsə. “fikri doğrulmadı özünü vətəndaşı olduğum cəmiyyətdə. Oxumaq istəyini aşılamaq məqsədi üçün vasitə idim. Özümü doğrulmaqda həmfikirlərim yardımçı olsalar belə çətinlik çəkdim. Sözdə avara da etdilər məni.
“Dərhal sonra planşet, telefon əvəzləyəcək kitabları “ deyərək fəaliyyətimin mahiyyətini görməzdən gəlib qəbahət axtarmaq cəhdlərinə “texnologiya düşkünlüyü” nü qabardaraq bəraət qazandırdılar. Müasir dünyada – XXI əsrdə kitab və texnologiyanın vəhdətinin də mümkün ola bilməsi həqiqəti həzm olunmadı. Cənab U.Eko, təəssüflər ki, siz “Həqiqətin gücü belədir, xeyirxahlıq kimi asanlıqla ürəyə yol tapır", - deməklə yanılmısınız. Bizdə belə olmur!

Mütaliəni təbliğ etsən heç kəsin əhəmiyyət vermədiyini anlamayan sadəlövsən. Oxumasan sərsəri. İnternetdən, texnologiyadan xəbərin olmadı “geridə qalmış, dünyadan bixəbər”sən. Onlardan dünyaya çıxış, özünüinkişaf, təhsil üçün istifadə etsən isə vaxtı öldürən bikar birisən.

MÜASİR CƏMİYYƏT, AXI SƏN NƏ İSTƏYİRSƏN?!


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+7=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0237 saniye