Adsız insanlar
Cavidan Hacıyev tərəfindən "Şeir" bolməsinə 18:44 27 noyabr 2018 tarixində əlavə olunmuşdur

...
Balaca bir qəbir var məzarlıqda:
Nə bir yazısı var, nə də bir şəkil.
Qəbir indi olar otuz yaşında,
Torpaqaltdakında olmaz bircə il.

Hamilə görürtək soraq məzardan
Görən qarnındakı oğlandı ya qız?
Heç kəsə sormadan köçüb dünyadan
Hansı bir ananı qoyubdur yalnız?

Görən bilirdimi o, öz adını? 
Nə qədər sevirdi ananı görən?
Hiss etdi həyatda tək süd dadını
Dünyanın dərdini dadmadan köçən.

...
Bir cəsəd tapılıb sübh erkən çağı
Hansısa bir evsiz ölübdür dünən.
Üfunət qoxusu alıb hər yanı:
Yoxsulluq qarışıb meyit iyiylə.

Bir məzar qazdılar nə təhər gəldi.
Tez-bazar qoydular adsız baş daşı.
Onun ölməyi də heç fərq etmədi:
Nə namaz, nə hüzür, nə ehsan aşı.

...
İki adsız məzar var məzarlıqda.
İki daş yığını "bəlkə"ylə dolu.
Sualsız cavablar torpaq altında.
Cavabla dolaraq, yer qozbel olur.

Bəlkə istəmirlə həyatı bütün?
Bəlkə xoşbəxtlərmiş həyatda onlar?
Bəlkə ad günüdü onların bugün? 
- Ad günün mübarək adsız insanlar.

 

Cavidan Hacıyev


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+4=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0282 saniye