Adsız Obraz
Ədəbsiz Yazar tərəfindən "Digər yazılar" bolməsinə 14:30 03 iyun 2014 tarixində əlavə olunmuşdur

Artıq o yorulmuşdu.Üstündən gələn siqaret iyi, ağzından burnuna gələn pivənin qoxusu, partidə onunla yatmaq üçün gözləyən 19 yaşlı mental dəyərlərdən qurtulduğunu, avropalaşdığını sanan balaca qızcığaz artıq onu bu həyatdan bezdirmişdi.Liftin içərisində siqaret çəkmək olmazdı.O bunu bilirdi ama ciyarları 10 saniyyə belə gözləyəcək deyildi.Paçka yarılanmışdı artıq.Baxmayaraq ki onu aldığı heç 20 dəqiqə deyildi..Lift son mərtəbəyə qalxdı və qapılar cingilti "ding" səsindən sonra açıldı.Külək tam onun üzünə vururdu.Ağlında 4-5 ay əvvəl onu tərk edən sevgilisi vardı.Artıq ondan soyumuşdu.Yəni masanın üzərində 5-10 dəqiqə gözləyən çay belə soyuyursa o niyə soyumasın ki..Gözləri yaşarmışdı. Bu küləyin təsiri deyildi. Onu sıxan həyatın təsiri idi.Onun tək dərdi sevdiyi deyildi. Parçalanmış bir ailə,məktəbdən atılma qorxusu,imtahan stressi,tanrımı kainatı yoxsa kainatmı tanrını yaratdı? sualı.. daha nələr-nələr.O bu həyatda yaşamaq məqsədini anlamırdı. Yəni biz bu dünyaya yemək-içmək,yatmaq,sekslə məşğul olmaq və çoxalıb, ölmək üçün gəlirik? 11 il məktəb, 4il universitet, 1il əsgərlik daha sonra 1-2 il iş axtarmaq təlaşı, 40 il işlə və nəhayət 65 yaşında 150-200azn pensiya ilə rahat yaşayacam dediyin an xəstəliyin başlasın və 70-75 yaşında öl. Biz bunun üçünmü yaranmışıq? geridə sadəcə nəsil qoyub getmək.İnsanlar bunu düşünüb itihar etməsin deyə uydurulub böyük ehtimal cənnət və cəhənnəm.Ama gözlənilən şey olmayıb.Çünki əgər cənnət və cəhənnəm cəfəngiyatı olmasa idi bu gün milyonlarca insan cənnət uğrunda, dolğun sinəli hurilər uğrunda,dolu cənnət badələri uğrunda öldürülməzdi.Bunların böyük bir oyun olduğunu anlamaq elə də çətin deyil.Düşünün vaxtında biz Suriyadan kimlərinsə başını cənnətlə bişirib Qarabağ müharibəsinə niyə gətirmədik? Vəya necə bir tanrı yaratdığını başqa bir yaratdığını öldürdü deyə hədiyyələndirər? vəya necə bir tanrı insana nəfs verib, onu dünyaya buraxıb, etdiyi oğurluqa görə əlinin kəsilməsini buyurar?.. Bu düşüncələrlə o artık siqaret paçkasını qurtarmışdı. sadəcə geridə tək bir siqareti varıydı. Onu paçkadan çıxardıb dodaqları arasına yerləştirdi, yandırıb və böyük bir tüstünü ciyarlarına çəkdi..Onca içkidən sonra bir paçka "Camel" onun beynini dumanlandırmağa bəs etmişdi və bu son tüstü nöqtə oldu.O bu gecə özünü bu göydələndən atacaydı.Vecinə deyildi facebook profilindəki paylaşımlarına ondan sonra yazılacaq şərhlər, televiziyada psixoloji problemləri olan biri kimi qələmə verilməsi,"ala ateistiydi onsuz nə allah rəhmət eləsin yazırsız" deyən dölbeyinlər,boşanma ərəfəsində olan valideynlərinin məhv olması..Bir addım daha atdı və artıq aşağı baxanda ciyarları sanki ağzına gəlirdi.Siqaretindən ikinci tüstünüdə çəkib, heç düşünmədən özünü boşluğa buraxdı... Yerə dəyməsinə bir saniyyədən daha az qaldığında onun ağlına bir şey gəldi."sabah hansı kainatda səhərə gözlərini açacağdı?"


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+0=
Hesaba giriş
Müəllif

Ədəbsiz Yazar
Haqqında
'Ədəbli' cəmiyyətin ədəbsiz övladı.
Əlaqə
E-mail:
r.sariyev24@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0233 saniye