
***
yazdığım sətirlər səpələnib çılpaq bədənimə,
geyinirəm hərfləri,
bürünürəm cümlələrə.
dilimdən çıxan hər sözü
süzürəm badələrə.
içirəm sənin adını,
sərxoşluqda hiss edirəm sənin dadını.
bir azca acı kimisən,
ruhumun ehtiyacı kimisən.
***
payız günəşinin rəngi sərindir, 
 bulud hərdən toxunur örtür gözünü.
 külək gəlir ona qonaq,
 yağışla darayır göy üzünü.
 və,
 Tanrı səmada qoyur əl izini.
***
bütün içkilərin içində qadın var,
 o qadında dinlədiyin mahnıların var.  
***
əvvəl səninlə oturub şərab içirdim,
sərxoş olurdum.
indi yoxsan,
şərabla oturub səni içirəm,
şair oluram.