***
söndürmüşəm səhəri də,gecəni də,
tək yanan gözlərimdir.
onun da qarşısını siqaretin tüstüsü tutub,
dumanlanmışam.
dörd divar otaqda təkliyim beşinci divar hörür,
hasarlanmışam.
saatı söndürmüşəm,vaxt haradan gəlir,
haradan gedir bilmirəm,
donmuşam,
zamansızlamışam.
***
gəldi gecə yenə döydün qapımı,
ətrini yaydın otağa,
titrətdin çarpayımı.
bir az şərab ,bir az etiraf,
ağladın,tökdün göz yaşını.
islandım bədənində,
“itirdim baş”ımı.
düşüncələrimi yığıb çantana,
getdin uzaqlara,
o vaxtdan bəri nə düşünə,
nə sevə,nə içə bilirəm.
gəl qaytar özümü mənə,
bir gecə yenə döy qapımı.
***
şairin həyatı kədərli və içkilidir,
dinlədiyi musiqilər tər- təmiz,
otağı çox çirklidir.
şairin yatağı təpik vurub onu ,
tullayır döşəməyə.
yazılır şerlər baş ağrısıyla,
qarışır gecəyə.
şairin sevgisi parçalanıbdır,
bir neçə qadının sorağında.
öz-özünə danışır,
çəkir barmaqları sual dodağında.
şairin cavabı yoxdur,
şair özü elə cavabdır.
***
özümü sənin saçlarının hörüyündən,
asmaq istəyirəm,
qoy ölərkən ətrin boynumda qalsın.
soyuq torpaqla qucaqlaşanda,
saçlarından bir tel qoynumda qalsın.
yaşarkən olmadın mənim yanımda
bir hörüyün ölümlə oynumda qalsın.
səndən mənə bu qalsın.
nəfəsimi kəsən saçlar..
***
ey sevgili yar, gəl yanıma gecələr,
isti qollarını soyuq bədənimə sar gecələr
ucsuz-bucaqsız həyat yollarında,
ruhum bədənimə dar gecələr.
yoxdur günəşim,yoxdur nurum,
qaranlıq səmalarda,
parlayan ulduzlarım var gecələr.
səma ilə dərdləşəndə öz-özümlə,
gəlirsən otağıma ahu-zar gecələr.
gecələr ay gecələr,
görəsən hansı gecə mənimlə gecələr.
***
sətirlərim sərxoşdur bu gün,
fikirlərə sığa bilmir.
sözlərim coşdu bu gün,
əl ayağın yığa bilmir.
hərflərim çırpınır nöqtələrə,
cümlələrim keçirir ,
boğazın kəndirlərə,amma özünü boğa bilmir.
dilim,ruhumdan hamilə
öz sözünü doğa bilmir.
çırpınır ağrılarla.