adsız sətirlər 5
Sən An tərəfindən "Şeir" bolməsinə 20:29 22 sentyabr 2015 tarixində əlavə olunmuşdur

*** 
bütün inanclarımı sənin əllərində tapmışdım,
səcdəyə gedirdim ovuclarında.
dəniz gözlərinə də tilov atmışdım,
balıq tutmaq istəyirdim baxışlarında.

*** 
gəl sənə bir -iki cümlə şeir süzüm,
əllərin hecalara bölünməsin.
tut fikirləri meyxoş gözlərimdən,
bax,oxu,
yazmayım heç nəyi
misralara sərilməsin.

***
sol tərəfdən heçkimsizləşir insan bədəni,
gedənlərin hamısı bir tikə qoparır.
sağdan da iflic vuranda, 
artıq kimsəyə lazım olmur,
kimsəsizləşir insan bədəni.
dilindən başqa lal olur qolları da ,
ayaqları da,
səssizləşir insan bədəni


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0323 saniye