adsız sətirlər 6
Sən An tərəfindən "Şeir" bolməsinə 19:12 29 oktyabr 2015 tarixində əlavə olunmuşdur

***

xəstəxana palatasında
gözlərdə solur payız ümidlər. 
getdikcə soyuyur otaq donur pəncərə 
buza çevrilir qış əllər.
damara qoşulmuş sistem də artıq çatmır ürəyə,
ölümün dadı çatladır dodağı 
bu isə bəs edir uşaqtək kövrəlməyə.
çarpayıdan boylanır qorxular xəstəxanın kandarına
bəlkə bir ağ xalatlı ümid
gələr deyə karına.

***

şüuraltı ölüm qorxusu 
əl atıb yapışır həyatın ayağından.
yaşantılar süründürür, 
yorur
və bir gün bezir insan,
yapışır düz həyatın boğazından.
şüuraltı ölüm qorxusu
əllərdə ölür.

***
ən kədərli əyləncələr 
tapılır ümidlərin tək halında
qatil neyronlar əsəb sistemini dağıdan kimi,
sən də ölürsən ən gözəl mahnılarda.

səni unutmaq üçün 
gözlərimdə tədbirlər görürəm,
hətta gizlən qaç da oynayıram küçədəki uşaqlarla,
bilərəkdən uduzuram bu oyunu,
yenidən kor oluram, 
susuram uzaqlarla.

***
yasəmən qoxulu saçlarına
payız qondu
uçdu getdi kəpənəklər.
indi çox dağınıqsan
şəmini söndürdü küləklər.
bir otaqlı mənzilin 
çox qaranlıqdır,
darısqaldır.
döyürəm ,
aç qapını
keçək mətbəxə .
sənə bir kofe dəmləyim,
sən onu iç,
mən də səni ,
yenidən 
sevməyi öyrənim.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+11=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.032 saniye