
***
gecə yenə gizlədibdir şəhəri tapmaq olmur,
elə ki tapırsan günəş çıxır,
səhər açılanda da bu şəhərdə yaşamaq olmur.
***
gecələr gözlərindən ay süzülür,
buz tutan pəncərədən yay süzülür.
sən yox ikən kül basmışdı yatağımı
indisə ruhuma lay-lay süzülür.
***
səni düşündükcə ağ vərəqə,
 rəngli fikirlər tikirəm.
 saçların dalğalanır qələmimdə dəniz kimi,
onlara ahəngli küləklər tikirəm.
***
damarlarım əl açıbdır boğur məni öz dəryasında.
 dilim də boğulur boğazımda söz dəryasında.
***
həqiqətə parçalanmış bədənimdə qan olmusan,
 bu canı canımdan alan can olmusan.
 səni basdırmaq istəyirəm , sinəmdə məzar qazıb.
 amma öldürə bilmirəm səni, yaşayıram cəhənnəmi,
 mənə şeytan olmusan.
***
gecələr şəm kimi əriyir masa üstündə,
gecələrin çiyni ağrıyır,
daşıyır nəsə üstündə.
gəcələrdə təklik,sükut ,bir də bir az ahın olur.
uzaqlaşırsan hər kəsdən,
sənə yaxın Allahın olur.
***
rəngli adamlar,ağ-qara fikir.
 mənim bədənimə, yaralar tikir.
 sarılıram ağrılara, xəstəhal oluram.
 düşünürəm, bir az da ruhsal oluram.    
***
sənin bədənin mənim qısıldılğım bir küncdür,
 tək orada özümlə qucaqlaşa bilirəm.
 o qədər yaxınsan ki mənə,
 səni sevəndə hər kəsdən uzaqlaşa bilirəm.
***
hərdən qonaq gəlir çaxır damarlarıma,
 axır qanımın yerinə.
 məst edib,sığal çəkir gözlərimə
 cananımın yerinə
***
gözlərində teatr var aktyoru mənəm,
səni oynayıram sənsiz səhnələrlə,
səni isə görə bilmirsən məni,
tutulubdur gözün pərdələrlə.