Bu mənəm? Yoxsa güzgü mənimlə oyunmu oynayır? Və yaxud gözlərim məni çaşdırır. Gözlərimin altındakı cizgilər necədə artıb, sanki hər cizginin bir mənası var.. saçlarımda bəyaz tüklərin sayı daha da çoxalıb. Dilləri olsaydı çox şey danışacaqlarına əminəm.. əllərim sanki qoca əlləridi sanki çox əziyyətdən keçmiş, çox əmək sərf etmiş kimi.. 1 gün sadəcə 1 gündəmi bu qədər qocaldım mən? Yoxsa uzun müddətdirmi beləyəm, əmin deyiləm zamanın necə keçdiyini hiss etməyəcək qədərmi özümü itirmişdim mən?sanki dünən kimi xatırlayıram oyunlarımı, çılğınlıqlarımı.. Zaman, zaman buda əgər sənin bir oyunundursa bitir. Çünki artıq oyun oynayacaq qədər gücüm qalmayıb.. çox yorğunam biraz yatmalıyam..