Afrikanın uşaq əsgərləri
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 22:19 01 noyabr 2015 tarixində əlavə olunmuşdur

BMT-yə görə çoxu Afrikada olmaqla 16 dövlət və 61 silahlı təşkilat uşaqlardan əsgər olaraq istifadə edir. Günümüzdə dünyada davam edən müharibələrdə yüz minlərlə uşaq əsgər olaraq istifadə olunmaqdadır.

Müharibələrdən ən çox zərər çəkən uşaqlar böyüklərin dünyasında heç acımadan ölümə yollanarkən sadəcə öldürülmür, öldürməyə də məcbur edilir. Sayları 300 minə çatan uşaqlar əllərinə silah verilərək ölməyə və öldürməyə göndərilir.

Son 10 ildə 2 milyona yaxın uşağın qarşıdurmalarda həyatını itirdiyi təhmin edilir. Ayrıca kiçik hesab edilə bilməyəcək sayda uşaq əsgərlər minaların təmizlənməsinə cəlb olunur. Uşaq əsgərlərin istismarı xüsusilə Afrikada geniş yayılıb. Liberiya, Anqola, Uqanda, Fil dişi sahili, Ruanda, Demokratik Konqo Respublikası, Syerra-Leone, Sudan, son dönəmdə isə Mərkəzi Afrika Respublikasında uşaq əsgərlərindən istifadə dilə gətirilməkdədir.

Hesabatda bu uşaqlardan bəzilərinin silahlı qruplar tərəfindən qaçırıldığı və əsgər olmağa zorlandığı, bəzilərinin isə pul, yemək, geyim verilməsi qarşılığında əsgər olaraq yetişdirilməyi qəbul etdiyi qeyd edildi.

Uşaq hüquqları ilə bağlı beynəlxalq işlər icra edən qeyri-hökümət təşkilatları bəziləri sadəcə 8 yaşında olan və tez-tez qarşıdurma bölgəsinə sursat daşıyan uşaqların yetkin qrup üzvləri tərəfindən fiziki və duyğusal şiddətə məruz qaldığı, bəzilərinin öldürmə və ya digər şiddət hərəkətləri etdiyinə diqqət çəkdi.

Vəziyyətə təcili müdaxilə edilməməsi, daha çox uşağın əsgər olaraq istifadə ediləcəyi xəbərdarlığı, travma yaşayan, məktəbə gedə bilməyən, iş tapmaq imkanı olmayan uşaqların artması Afrika ölkələrinin təhlükəsizliyini təhdid altına alır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+22=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0259 saniye