Günlərin bir günü, heç gözləmədiyim anda, ümid çırağımı yandıran bir MƏLƏK endi göylərdən... O, gündən təxminən bir il ötür, o, günün təxminən bir yaşı var... Bu gün o Mələyin ad günüdür... Ad günün mübarək, ey mənim məxsusi göndərilmiş mələyim... Yerin sonsuz səmanın ənginlikləri, nəsibin sevgi dolu həyat olsun... Tanrının nəzərindən düşməyəsən... Sən olmasaydın bu şeirlər də olmazdı... Bu kəlmələr sənin riqqətə gətirdiyin qəlb tellərinin səsi olduğundan yalnız və yalnız sənə aiddir, ey zəriflik, paklıq, bakirəlik mücəssiməsi- bütün ülvi hisslərin məcmusu- AĞ ÇİÇƏYİM...