Ağ qar
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 21:20 13 fevral 2014 tarixində əlavə olunmuşdur

İnsan təbiətin bir parçasıdır. digər canlı və cansızlardan nə qədər fərqlənirsə bir o qədər də oxşayır. Biri olmadan digərinin mövcudluğu anlamını itirir.

İnsan, yəni biz. . . yaradılış möcüzəsi, təbiətin iearxiyasında ən yüksəkdə duran bir yaradılış...

şüur- heyvandan insana keçidi şərtləndirən qeyri materiya xüsusiyyətli materiya xassəsi...

emosiya-insanda olan və ya qalan heyvani instiktiv sinir fəaliyyəti... məhz emosiyalar insanı təbiətin bir parçasına çevirir və ya ondan ayrılmağa qoymur.

tebiet deeyisir ve insani deyisdirir... onun inkisafina, tekamulune tekan verir. iller kecir ve insan da tebiete "borclu?" qalmaq istemir. o da tebieti istediyi kimi deyismeye cehd gosterir. bezen alinir, bezense yox. tebieti tebilikden cixarir insan ve bu yolla ozunu tebietden ayirir...

tebiet canlidir. bizi esitmeye biler, belke hec gozleri de yoxdu... amma o bizi duyur, cavab verir, mukafatlandirir, qezeblenir... tebiet de bizimle yasayir... yagis yagirsa eger demek ki hardasa bu yagisa hesret olanlar var ve kiminlese urek sirdasi olmaga qerar verib tebiet. kiminse ekin sahesinin, bir basqasinin ruhunun bu yagisa ehtiyaci var. bosuna yagmaz yagis... gunes cixibsa eger kimse butun tebiete yetecek qeder xosbextdir demek. azmi gormusuk qarli qis gununde gülümsəyən günəşi ya da yaz yağışından sonra əlvan göy qurşağını. Həmin günəş öz işığını gülən üzlərdən, təmiz qəlblərdən alır... insanlar xeyiri, xoş niyəti tərk etdiyi gün günəş daha parlamayacaq, zülmət insanların içindən təbiətə gələcək...

qar saflıqdır, uşaq arzusudur, uşaqlığımızın arzusudur, uşaq qəlblilərin arzusudur... təbiətin gəlinliyidir, zülmət gecələrin bəyaz yorğanıdır... insanların arzuların ruhudur qarda əks olunan... bizim kənddə qar ağ yağırdı. burdasa qar ağ deyil, boza çalır., lap insanlar kimi... burda qar sevinc, bolluq gətirmir... gətirdiyi ancaq problemlər olur. bəzən qar yağmır heç... çünki insanların təbiəti təbiətə yadlaşır, utanır çirkli, palçıqlı qar yağdırmağa... günəş də qeyri-səmimi gülür bəzən, ona görə istisi olmur...

qəzəblənəndə bəndi-bərəni aşır... bəzən qisas alır, bəzən sadəcə mənə qıymayın demək istəyir. çox şey istəmir bizdən, səmimiyyət, bir birimizə və ona qarşı səmimiyyət... sevgi istəyir sadəcə. günəşin daim parlayacağı bir sevgi...

biz onu eşitmirik, amma duymaq da istəmirik...

bu gün havanın günəşli olmasını istəyirsənsə sadəcə gülümsə və bir insanı sevindir...

 


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+17=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.031 saniye