AĞIR DRAMATİK XARAKTERƏ MALİK ROLUM VAR – “60 SANİYƏ” FİLMİNİN “ŞİRİN” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTRİSA, REJİSSOR LEYLA ƏŞRƏFLİ FİLM HAQINDA DANIŞDI
Saytımız artıq bir müddətdir çəkilişləri gedən və çox yaxın zamanlarda yayımlanması planlaşdırılan yeni, maraqlı süjet xətti ilə diqqət çəkən “60 SANİYƏ” psixoloji dramının əsas obrazlarından “ŞİRİN” obrazına can verən istedadlı aktrisa və rejissor LEYLA ƏŞRƏFLİ ilə apardığımız müsahibəni sizlərə təqdim edir:
Film haqqında düşüncələriniz?
Film inanıram ki hər birinizə çox maraqlı gələcək. Çünki bu film tamamilə yeni bir üslubla çəkilib.
Oynadığınız rol haqqında fikirləriniz?
Sevgiylə və həvəslə oynadığım rollardan biridir. Ağır dramatik xarakterə malikdir. Sonda öz səhvlərini etiraf edir.
Filmin komandası haqqında nə düşünürsünüz?
Filmin komandası çox səmimi insanlarlardır, çox maraqlı bir çəkiliş zamanı keçirtdik. Hər kəsə uğurlar arzulayıram.
Filmin ideyası?
Sevgiylə nifrətin savaşı və hiyləgərliyin xəyanət silahı...
Filmdən gözləntiləriniz?
İnşallah maraqla izlənilən bir film ərsəyə gələcək. İnanıram ki, bu film Azərbaycanın müasir kino tarixində öz dəsti-xətti ilə seçiləcək.
Yaradıcılıq planlarınız?
Kino sahəsində uğurlu addımlar atmaq, böyük layihələrdə iştirak etmək.
Azərbaycan kinosu haqqında düşüncələriniz.
Qloballaşan dünyada sürətlə inkişaf edən və yeni-yeni janrlara müraciət edən, əzmli insanların mövcud olduğu və Sovet dövründən fərqli olaraq tamamilə milliləşən bir kinomuz var.
Filmin afişası: