Ağladım
Fariz Süleymanoğlu tərəfindən "Şeir" bolməsinə 11:23 01 avqust 2015 tarixində əlavə olunmuşdur

Bu dünyadan aman umdum yüz kərə,

Dərdlərimi calaq etdi dərdlərə.

Namərd gördüm öyüd verir mərdlərə,

O mərdlərin amalına ağladım!

 

Ömür gördüm baharında qırılmış,

Ürək gördüm ah çəkməkdən yorulmuş,

Yuva gördüm min haramdan qurulmuş,

O yuvanın halalına ağladım!

 

Kimlər getdi bu zamanın köçündə,

Ömür solur, fələk yenə biçində,

Oyaq gördüm yatmışların içində,

O oyağın xəyalına ağladım!

 

Şəhid atasını gözləri gəzən,

Kövrəlib gizlicə dodağın büzən,

Yaşlı gözlərimi mənalı süzən

Bir körpənin sualına ağladım!

14.05.1991


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.022 saniye