Ağlama, ana
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 15:42 10 aprel 2016 tarixində əlavə olunmuşdur

Mən  Vətən uğrunda canımı qurban

Eyləsəm  nə olar ağlama ANA 

Torpaq su aldığım nəfəsim hər an,

Başına hec qara bağlama  ANA 

 

Əgər şəhid olsam başını dik tut,

Unut kədərini qəmini  unut,

Hamıya əzizdi el oba,bu yurd,

Sıxma ürəyini dağlama ANA

 

Şəhidlər ölməzdir ölmərəm məndə

Ruhu şad gəzərəm doğma elimdə,

Üc rəngli bayrağım yelpələnəndə 

Qəm edib yasımı saxlama  ANA

 

MÜƏLLİF : SEYMUR SÖNMƏZ


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
5+23=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0313 saniye