“Ağlama, “can” dediyim, ağlama, ana!” ŞƏHİD MƏKTUBU
Elşən İsmayıl tərəfindən "Şeir" bolməsinə 12:40 26 fevral 2018 tarixində əlavə olunmuşdur

“Ağlama, “can” dediyim, ağlama, ana!”

ŞƏHİD MƏKTUBU

 

(Canımız Türkiyəmizin dövlət təhlükəsizliyi uğrunda Afrin əyalətində və Şanlı Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canından keçən müqəddəs şəhidlərimizə həsr olunur...)

 

Ağlama, “can” dediyim, ağlama, ana!

Gözünün yaşına dözə bilmərəm,

Ağlama, “can” dediyim, ağlama, ana!

O yaşlar bir dərya, üzə bilmərəm!

 

Ağlama, “can” dediyim, ağlama, ana!

Ağrıtma qəlbimi nə olar mənim.

Ağlama, “can” dediyim, ağlama, ana!

Mən ki bircəciyinəm əzəldən sənin...

 

Çıxdığım bu yol müqəddəs yoldur,

Bil, Tanrı eşqinə savaşıram mən,

Ağlama, “can” dediyim, ağlama, ana!

Yoxsa bir alov tək alışaram mən...

 

İçmişəm şəhadət şərbətin ana,

Bu yoldan dönüşüm yoxdur, biləsən!

Mənə tək gərəkdir rəhmətin, ana,

Getmişəm, gəlişim yoxdur, biləsən!...

 

Mənə sən öyrətmisən vətən eşqini,

Milləti, bayrağı, müqəddəsliyi.

Bunlarçün savaşıb qan tökürəm mən,

Mənə sən öyrətmisən şəhidliyi...

 

Necə ki, müqəddəs kitabda vardır,

Haqq üçün savaşan ölmür, deyilir,

Bu eşqlə var olan Tanrıya yardır,

Şəhidlik müqəddəs zirvə sayılır...

 

Ağlama, gözümün nuru, cananım,

Ağlama, ürəyim, ruhum, hər şeyim.

Qoy bu vətənə qurban olum mən,

Ağlama ilk yarım, ilk məhəbbətim...

 

Onsuz da bilinir hər şeyin sonu,

Qəzavü-qədərdir, ya da ki tale,

Bəlkə də alnıma yazılıb mənim,

Ağlama, can anam, son bir kəz “can!” de!...

 

Qoyma əlim boşalsın, üzülmə ana,

Arxamdan duanı əskik eyləmə,

Qoy vurum yağını, dağıdım başın,

Nə olar dönməyimi gəl sən diləmə...

 

Arzu et, bitirək kafir soyunu,

Zalımın düzənin yerbəyer edək,

Sən ki bilirsən düşmən huyunu,

Ağlama, istəməm onu güldürək!!!...

 

Savaşaq Haqq üçün, vətən üçün biz,

Gərək ki yağını silək bu yurddan,

Çünki biz əzəldən vermişik bir söz,

Gəlir ta bu ülkü Ulu Bozqurddan...

 

Ağlamaq haramdır, haramdır bizə,

Çünki biz Oğuzuq, Türkük öncədən.

Düşməni məhv edib gətirib dizə,

Biz öyüd almışıq Ulu Bilgədən...

 

Bu yer də, bu göy də bizim olacaq,

Daşıyıb Tanrının qutlu ruhunu,

Bu eşqlə yanacaq bir gün hər ocaq,

Ucaldıb göylərə Turan tuğunu...

 

Nəhayət, bitirim məktubumu mən,

Uçum qoy elbəel təki göyərçin.

Bilinsin görəvim bununla bitmir,

Bu gün Afrindisə, sabah Urumçi...

 

Milliyyətçi yazar Elşən İsmayıl


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+17=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0277 saniye