Ağlama, sevgilim, islatma yaylıq...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:15 14 iyul 2016 tarixində əlavə olunmuşdur

Şəhid Elnur İbrahimovun xatirəsinə.....

"Mən əsgər gedirəm on səkkisz aylıq,
Ağlama,sevgilim,islatma yaylıq".
Versəm də Vətənə canımı qurban,
Ağlama,sevgilim,islatma yaylıq.
***
Sən elin nurusan,Elnur adın da,
Səninlə fəxr edir elin,oban da.
Son kəlmən bu oldu:saxla yadında,
Ağlama sevgilim,islatma yaylıq.
****
Vətən oğul dedi,sən ona ana,
Canını bəxş etdin Azərbaycana.
Necə səbr eləsin, gülüzlü sona?
Ağlama,sevgilim,islatma yaylıq.
****
Köksündə düşmənin vurduğu yara,
Sən aman vermədin canavarlara.
Bəxtsiz bəxtin kimi taleyin qara,
Ağlama,sevgilim,islatma yaylıq.
***
Söz verdin,gələcəm,gələ bilmədin,
Qismətin nə idi,bilə bilmədin.
Heyif,göz yaşımı silə bilmədin,
Ağlama,sevgilim,islatma yaylıq.
****
Getmişdin cəbhəyə on səkkiz aylıq,
Əcəl öz hökmünü veribdi artıq.
Son mənzilin oldu torpaq,məzarlıq,
Ağlama,sevgilim,islatma yaylıq.
**
Mövlud rəhmət dilər sənə Allahdan
Heç zaman.heç vədə çıxmazsan yaddan.
Sən torpaq uğrunda keçmisən candan,
Ağlama,sevgilim,islatma yaylıq..
Ağlama,Vətənim,islatma yaylıq...

1.08.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+17=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0215 saniye