Ağlamaq İstərəm
Ramin Hüseynsoy tərəfindən "Şeir" bolməsinə 23:38 04 avqust 2015 tarixində əlavə olunmuşdur

Ağlamaq istərəm mən için-için, 
Azacıq ürəyim boşalsın deyə. 
Ağlamaq istərəm,kor bəxtim üçün, 
Heç kəs də ˝ağlama˝ deməsin mənə. 

Ağlamaq istərəm,buludlar kimi, 
Göz yaşlarım dolub bir ümman olsun. 
Qoy ola bilməyim gözüm hakimi, 
Yaş gilə-gilə,bir leysan olsun. 

Ağlamaq istərəm,haray çəkərək, 
Göydə ildırımın çaxdığı kimi. 
Bəzən göz yaşından cuşa gələrək, 
Axmaq istəyirəm axdığı kimi. 

Ağlamaq istərəm,sevinən zaman, 
Qoy sevincçün axsın,göz yaşım daha. 
Ürəyim sıxılır düşünən zaman, 
Ümid bağlayıram bircə Allaha!


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+20=
Hesaba giriş
Müəllif

Ramin Hüseynsoy
Haqqında
Şair,yazar,dramaturq
Əlaqə
E-mail:
ramin.huseynsoy@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0232 saniye