Ağlarsan....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:26 15 aprel 2015 tarixində əlavə olunmuşdur

Ağlarsan....

Dedim,könül,nə tez düşdün sevdaya,
Qəm əlindən bezar olar,ağlarsan.
Həsrət ilə yol gözləyər gözlərin,
Ürəyinə kədər dolar,ağlarsan.
***
Tutub ömrün axarını gözləmə,
Qoşa gələn çaharını gözləmə.
Zəhmət çəkdin,baharını gözləmə,
Gül-çiçəyin vaxtsız solar,ağlarsan.
***
Ömür yolu uzun,sonu bilinməz,
Kim vuracaq başa onu,bilinməz.
Alan yazın yazılıbdı,silinməz,
Səndən ,Mövlud,nələr qalar,ağlarsan.

2.11.2014.Zərdabi.Mövlud Ağamməd.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+9=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0452 saniye