Ağlayır
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 18:48 19 iyun 2015 tarixində əlavə olunmuşdur

Çıxmışdım seyrinə mən təbiyətin
Gördüm çəmənlikdə bir qız ağlayır
Sanki gözlərindən axan yaş deyil,
Dərdi gözlərindən çoşub-çağlayır.

Onu ağlamağa nə vadar edir,
Puç olan arzusu, xəyallarımı?
Yoxsa bir oğlanın çirkli əlində
Çirklənən namusu, ismət-arımı?

Bəlkədə doğmasın, dostun itirib,
Sevdiyi birinin həsrətin çəkir?
Bəlkədə gözüylə torpaq sulayır,
Torpaqda vüsalın toxumun əkir?

Gərək yaxınlaşıb təsəlli verim,
Ağlama ay gözəl, ağlama bəsdi!
Qaldırıb başını bir söz demirsən
Köksündən yüksələn nə ah, nə səsdi?

Ağlamaq de nəyi dəyişəcəkki,
Gedəni geriyə gətirə bilməz.
Sənin yanağında iz salan yaşlar,
Sənli arzulara yetirə bilməz...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+16=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.033 saniye