Ahın dağa deyən aşiq.....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 17:41 15 aprel 2016 tarixində əlavə olunmuşdur

Ahın dağa deyən aşiq ,
Ah dağlara çatan olar.
Dağlar bilib dərdlərimi
Dərdimə dərd qatan olar.
***
Aşiqlərin güman yeri,
Dərdə dərman uman yeri.
Alıbdı çən,duman yeri,
Dərd sinəmdə yatan olar.
***
Eşqin gözü kor olarmış,
Ürəklərə qor dolarmış.
Mövlud dözməz,yorularmış,
Yollar dərdə batan olar...

25.06.2014.Zərdabi.Mövlud Ağamməd.


241 dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+9=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0795 saniye