AİBO
İlqar Rəhimov tərəfindən "Elmi məqalə" bolməsinə 21:53 05 iyul 2014 tarixində əlavə olunmuşdur

AİBO (愛慕) − yapon dilindən tərcümədə “sevgi”, “bağlılıq” və həm də “dost” mənalarını verir. Yəqin ki, robot it üçün bundan gözəl ad fikirləşmək olmazdı. AİBO-nun ilk modeli 1999-cu ildə Sony şirkəti tərəfindən hazırlanıb. Dizaynı müxtəlif mükafatlara layiq görülmüş rəssam-illüstrator Xadzime Saroyamaya məxsusdur.

AİBO gəzə, videokamera və infraqırmızı sensorlar vasitəsilə “görə”, üzləri tanıya bilirdi. Robot təmamilə avtonom idi, öyrənə və inkişaf edə bilirdi. Onu işləyib hazırlayalar iddia edirdilər ki, AİBO 6 hissə malik idi: xoşbəxtlik, kədər, qorxu, antipatiya, təəccüb və qəzəb.

2004-cü ildə Lissabonda AİBO itləri arasında RoboCup adlanan futbol çempionatı belə keçirilmişdi. Çempinat çərçivəsində xilasetmə və rəqs üzrə də yarışlar təşkil olunmuşdu.

2006-cı ildə dünya bazarında bu “itlərə” tələbatın azalması səbəbindən istehsalı və modifikasiya olunması dayandırılmışdır.


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
4+36=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0415 saniye