Aidə
cəmilə tərəfindən "Hekayə" bolməsinə 22:30 09 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Yanlız deyiləm mən, özüm varam dedi, Aidə Biraz utandı ama özündən. Çünki yanlızlığı özü seçməmişdi. Amma sıxılmırdı artıq bu vəziyyətdən. Gününü pianinosu başında keçirir,hərdən saatlarca şəhəri seyr edir,sanki öz körpəsiymiş kimi axşam olduqda onu dizlərində yatırırdı. O cənnəti bu dünyada yaratmağa çalışanlardan idi. Bir gecə ani qərarla hərşeyini geridə qoyub, buraya- xəyallarının şəhərinə yerləşmişdi. O qədər əzab əziyyətdən sonra bugün öz evində kitabını oxuyacaq qədər sakit bir həyatı yaşamağı seçmişdi.Kim bilir, bəlkə də yorulmuşdu. Bəlkə də bezmişdi səs küydən.Heç özü də məntiqli bir səbəb tapmırdı təkliyinə,sakitliyinə,bu həyatına. Musiqini sevirdi, bir də şeirləri.Xoşbəxtliyə dair gecikmiş nələr varsa qəlbində, indi onları qarşılayırdı həyatında.Qurulub dağılmaqdan yorulan nə varsa xəyallarına aid, indi onları toparlayırdı.Taqəti yox idi düzdü.Ama yaşamlıydı. Ölmək üçün tələsmirdi ama ondan da qorxmurdu. İçərisi dağınıq bir qadını sadəcə ailəsi və Tanrı anlaya bilərdi. Və o xoşbəxt idi ama yarım.Bəlkə də artıq dad alacaq yaşı deyildi.Bəlkə də birşeylərin dadı damağında qalmışdı da hər udqunduğunda ona xatırladırdı hərşeyi. Bilmirdi. Səbəbi, nə idi onu əksik hiss etdirən?!Düşünürdü ama cavab tapa bilmirdi. Bəlkə də. Yanlızlıq idi onu yoran. Bir problemi olduqda onu tək başına həll etməkdən, "yarım qalan sevdalardan", ağrılardan,acılardan.İnsan ağrılarını sevər mi?! O onlarla davam edirdi yoluna. Onları qoruyurdu üstəlik. Ki bir daha səhvlər yüklənməsin çiyninə.Ki bir də yıxılmasın. Ki haqlı çıxmasın gücsüz deyənlər.Oturub düşündü qadın. Çala çala düşündü bu dəfə.Chopinlə dərdləşirdi. Piano dilləriylə danışırdı sanki, kor adamın barmaqlarıyla kitabı hiss etməsi, anlaması kimi. Anlayırdı artıq. O sevilmək istəyirdi. İllərdir həyatına girib çıxan bu qədər insan deyildi xəyalındakı. Bu dəfə deyəsən anladı ki, başından böyük düşünür o insanı arzulamaqla. Tanrım, dedi içindən, niyə axı niyə?! Bilmirdi, bəlkə də beləsi daha gözəldi. Dözə bilmədi sanki. Qalxdı, əvvəlki adlara baxdı.Tərk edib getdiyi insanlara. Yox, dedi. Olmaz mənə yeni bir nəfəs lazım.Mənə özüm unutduracaq biri. Aciz deyiləm mən.

Biranlıq öz özünə əsəbləşdi. Telefonu çaldı. Niyəsini bilmədən həyəcan keçirdi. Bu saatlarda həmişə anası zəng edərdi. Necə olduğunu soruşmaq üçün. Yəqin odur deyə düşündü. Yanılmamışdı. 

-Salam, qızım

-Salam, ana. 

-Nolub qızım?

-Ana, olar mən sənə sonra zəng edim?!Amma narahat olma.Yaxşı mı?

-Dayan bir görüm.Nə vaxt böyüdün sən?

-Ana, mənim 40 yaşım var

-Fərqi nədir?Yenə mənim balacamsan. Bir dayan görüm. Atan deyir ki, bu bazar gəlsin

-Hara?!

-Bakıya əlbəttə.Biz hardayıq?

-Nolub ki?!Nəsə problem var?

-Yox. Deyir ki darıxmışıq

-Əminsən, ana?

-Yalan deyəcəm sənə?Ağıllı ol. Bilet al, sabah axşam burda ol

-Yaxşı.Gecən xeyrə

Günorta saat 2 olmasına baxmayaraq gecən xeyrə dediyinə görə öz özünə güldü. Bir anlıq gənclik vaxtlarını xatırladı. Gizlin görüşlər,gözyaşları. İndi oturub burda sevgi arzulayırdı. Deyəsən tək öləcəm deyə deyə bilet almaq üçün komputerini açdı. Köhnə yazısını atmaq üçün mail adresinə girdi. Aylardır gözlədiyi xəbər onu sevindirməyə bəs etdi. İstədiyi nəşriyyat evindən onu əsərini çap etmək üçün çağırmışdılar. Dərhal Türkiyəyə getməliydi. Ordan alacağım pulla evdəkilərə də bir iki hədiyyə alaram deyə düşündü. Dərhal çantasını yığıb ilk təyyarə ilə  İstanbula uçdu. Çatar çatmaz ilk işi nəşriyyata getmək oldu.

-Salam,xanım. Mən İdris bəylə görüşəcəkdim

-Buyrun,Adilə xanım idi hə?

-Aha. 

-O da sizi gözləyirdi. Yuxarı mərtəbədə ilk otaq. 

Tələsə tələsə yoldan gəldiyi hiss olunurdu. Saçı başı dağılmışdı.İlk dəfədi bu vəziyyətdə bir ciddi iş yerinə girməyin təlaşı ilə otağa girdi.

-Bağışlayın, otağa elə bir başa girdim.

-Buyrun, Adilə xanım

İdris bəyin onu ilk baxışdan tanıması qəribə idi. Onu niyə belə tez çağırdıqlarını anlamaq üçün

-Mənim romanımı qəbul etməniz.

-Əslində mən sizib bura ona görə çağırmamışam,xanım

-Axı siz?!

-Bilirəm, bunu deməyə məcbur idim amma vəziyyət başqa cürdü. Mən sizin sdəcə bu kitabınızı yox əlinizdəki bütün yazıları istəyirəm.

Biranlıq göz gözə gəldi. Nə olduğunu anlamadı ama bir istilik hiss etdi

Sonra heçnə demədən otaqdan çıxıb,birbaşa evə gəldi.Niyəsə özümü narahat hiss edirdim.Nə olmuşdu anlamadım düzü.Elə bil qarşılacağım hisslərdən qorxdum

Günlərcə mail adresinə göz gəzdirdi.Yəqin ki İdris bəy hərəkətinə əsəbləşmiş,və fikrini dəyişmişdi.Həyatıının fürsətini itirmişdi.Bunu düşünərkən qapı çaldı. Qarşıında kitab və rəsmi. Kitabın üz qabığın gördüyündə sevincdən ağlmağa başladı. Dərhal içini açdı. Birgün onu oxuyacam deyə yazdığı bir cümlə var idi. İlk ağlına o gəldi.Açdı və gördüyü mənzərə ...

"Yaz mövsümünü xatırladır deyə,qoxunu külək anladır mənə"

Sətirlərin altı qaralanmış və üzərinə adı yazılmışdı.Gülümsədi və hərşeyi anladı.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0334 saniye