Ailədə sən özünü sərhədləri olan bir dövlətdə yaşadığın kimi rahat və müdafiə olunmuş hiss edə bilərsən. Amma bu bir qadının kişinin müdafiəsinə ehtiyacı olduğu kimi bir şeydi. Ailə yadlaşmağın əsas ünsürüdü. Səndən olmayanı sevə bilməmək məsələsi. “Mən sizə yaxınları yox, uzaqları sevməyi öyrədirəm” – Nietzsche belə deyirdi. Yaxın insanları hamı sevə bilər, bəs səndən uzaqları, tanımadıqlarını, səndən heç bir qan qohumluğu olmayanları necə sevə bilərsən? Bunu bacarsan -əsl sevgi budur.
Oşo ailə haqqında danışır: -“Ailənin psixoloji olaraq dəbi keçib. O həmişə mövcud olmayıb; ailənin olmadığı, insanların qəbilələrdə yaşadığı bir dövr vardı. Ailə xüsusi mülkiyyətə görə yarandı. Hamıdan çox xüsusi mülkiyyətə sahib olmağa çalışan güclü insanlar vardı. Və onlar var-dövlətlərinin öz uşaqlarına verilməsini istədi. O vaxt hələ ailə adlı anlayış yoxdu. Kişilər və qadınlar sevgilərinə görə birlikdə olurdular; evlilik və ailə yoxdu. Amma bircə dəfə xüsusi mulkiyyət ortaya çıxan kimi kişi qadını daha çox sahiblənməyə başladı. O, qadını da öz mülkiyyətinin bir parçasına çevirdi.
Beləliklə, xüsusi mülkiyyətlə qadın da xüsusi mülkə çevrildi və kişi arvadından doğacaq uşağın onun olduğundan əmin olmaq üçün bu cür plan – ailəni yaratdı”.
Ailə-stressdi. O, adamı gərginlikdə saxlayır. Ailə-şantajdı. Adamın ən zəif və müqəddəsinə çevrilir ki, təhdid hədəfidi. Sənin tanımadığın və sonradan sevib bir yerdə uzun müddət yaşadığın insanlarla qan bağlılığıdır. Müdafiə instiktidir. Dörd divar həyatıdır.
Biz niyə evlənirik? Heç kimin düz - əməlli, məntiqli cavabı yoxdur. Bir fikirləşin.
Cəmiyyət adlı sürünü məhv etmək üçün ailə adlı qoyunu kəsməlisiz.
Ailə olmasa dövlət olmaz, ordu olmaz. Ailə sənin azadlığını əlindən aldı. Hər şey ailədə başlayır və səndə bitir.
Sən “niyə evlənirik” sualını özünə vermədən və bu haqda düşünmədən evlənirsən. Qəribə olan evlənməmək deyil, qəribəsi evlənməkdir. Sevirsən, evlənirsən və uşaqlar olur. Və sonra?... Sonrasını özünüz bilirsiz: sevgi seksdə bitir və vərdişə keçir. Artıq həyəcan, maraq və sevgili dövrünüzdəki azadlıq yoxdu. Əvvəl sizdən başqa heç kim yox idi, indi qohumlar var, uşaqlar var-sənin isə heç vaxtın yoxdu. Evlilik bir maraq idi, evləndin öldü. Uşaqlar isə, nə deyim, onlar da bizdəndi, yumurtalarımızdı.
Dünyanın ən məşhur filosofları heç evlənməyiblər. Çünki bilirdilər ki, evlilik -sevginin cəlladıdır. Məsələn,mənim ən çox sevdiyim üçlük filosof var : Sokrat, Nitsşe və Oşo. Onlardan ikisi heç evlənməyiblər. Yalnız biri –Sokrat evlənib. Bu da onun ən böyük səhvi idi bəlkə də o buna belə bəraət qazandırmışdı:” Evlənməkdən qorxmayın. Arvadınnız yaxşıdısa, xoşbəxt olacaqsız. Pisdisə, filosof”. Yəni Sokrat deyirdi ki, hər iki halda uduzmursan.
Evlilik yaxşı şey deyil, inan. Yaxşı bir şey olsaydı, Allah da evlənərdi.Amma O bunu istəmədi. O, tənhalığı özünə həyat yoldaşı seçdi. Bütün dinlər deyir ki, evlən. Lakin din –Allah deyil. Hətta Şeytan da Allahı özünə kumir seçərək onun kimi etdi –Heç Vaxt Evlənmədi. İkisi də əbədiyyətə qədər subay qaldılar.
Ailə, Cəmiyyət və Azad Sən varsan. Onlar varsa, sən yoxsan. Sən varsansa, onlara ehtiyac yoxdu....