Ailə və Cəmiyyət İndividualizmin düşməni kimi
ŞvartsMan tərəfindən "Esse" bolməsinə 23:51 29 iyun 2015 tarixində əlavə olunmuşdur

“Fərdin ən birinci düşməni ailədir!” – mən belə deyirəm. Sən isə deyirsən: “Yox.Ailə müqəddəsdir!”. Deyirəm eşit: Heç nə müqəddəs deyil.
Ailə, evlilik bunlar boş sözlərdi. Ailə insanı böyüməyə qoymur, azadığını əlindən alır. Budda buna görə ailəsini tərk etdi. Əgər tərk etməsəydi, Siddharta Budda olmazdı. Həyatda nəsə qazanmaq üçün mütləq nəsə itirməli olursan. Əsas odur ki, qazandığın itirdiyinə dəysin. Və Budda bunu bilirdi. Ailə zindandı. Onun var olması üçün evli məhbuslar lazımdı. Adəm və Həvva heç vaxt evli olmayıblar. Çünki onları evləndirəcək nə keşiş, nə də dövlət vardı. Onlar ev adlı bir qutunun içində yaşamayıblar. Çünki hələ ev yox idi və bütün kainat, dünya onların eviydi. Biz əvvəl azad idik, indi bir-birimizin nökərləriyik.
Ailə individual yetişdirə bilməz. Ailə - kollektivistdir. Valideyn səni özlərinə oxşatdılar ki, onlar kimi düşünəsən. Fərqlilik təhlükəlidir. Valideyn istəyir ona tabe olasan, onun istiqamətində yol gedəsən. Səndən heç nə soruşmadılar. Səni düşünməyə qoymadılar. Səni qorxutdular. Səni elə qorxu və nəzarətdə saxladılar ki, sən bunu onların sənə olan sevgisindən yarandığını düşündün. Amma yalnız bir şeydən qorxurdular – BİR GÜN SƏN ONLARI TƏRK EDƏCƏKSƏN. Lakin hələ bunun vaxtı deyil. Səni ailəyə bağlayan gözəgörünməz telləri qırmalısan. Sən bir gün qul olduğunu bilib gözünü açsan və qərara gəlib uzaqlarda tənhalığa qaçsan, onları atıb getməyəsən deyə, səni saxlamaq üçün arxanca ağlayacaqlar. Aldanma! Bu, Timsah göz yaşlarıdır.
İndividual şəxs özü üçün yaşayır. Onun öz fikri olur. O, heç kimə tabe deyil. Onun öz həyatı var, başqalarının həyatını yaşamağa məcbur deyil. İndividual bilir ki, insan nə görürsə və nə eşidirsə, odur. İndividual isə kollektivistdən fərqli olaraq, nə görmək və nə eşitmək istədiyini özü seçir, başqalarınkı başqalarınındı – onunku deyil.
İndividualsansa, deməli burda yadsan, özgəsən. Cəmiyyət sürü düşüncəsinin məkanıdır. Deməli, sən onlara qarşısan. Onlar necə var, elə qalmaq istəyirlər. Dəyişiklik lazım deyil. Bu təhlükəlidir onlar üçün. Bunu qəbul edə bilmirlər. Amma cəmiyyət adlı eyni mal istehsal edən fabrikdə sən yeganə etiketsiz məhsulsan. Bu motivasiyadı.
SƏSSİZ OL! Ailə və cəmiyyət səni məhv edəcək. Sən xoşbəxt olmayacaqsan. Hamı səni aldadacaq və anlamayacaq. Evinin içindəkilər belə. Əvvəlcə dəyişikliyə evdən başla. Səssiz ol! Şəlalə kimi gurultulu yox, bir çay kimi səssiz ax. Özün-özünlə harmoniyada ol. Əleyhinə getmə, şiddət yoxdu. Onlar səndən güclüdülər. Sən hələki təksən. Gücün çatmaz. Dəyişiklik sözlərdən başlayır, sən də bundan başla. Güvənəcəyin özündən başqa heç kimin yoxdu. Deməli, itirəcəyin heç nə yoxdu. Ona görə gülümsə. 

Sən individual olsaydın, başqalarını sözlərini tutuquşu kimi təkrarlamazdın. Hərəkətlərin, sevgin,yaxşılğın, düşüncən kopyadı. Atan sürətçıxarmada işləyir, bilərək və ya bilməyərəkdən o, səni də kopyalayıb. Sən də kimisə kopyalayacaqsan.
Ailə və Cəmiyyət üçün hamı eyni düşünməlidir. Onlar Fərdiyyətçiliyin düşmənləridir. Həmişə bizə deyirlər ki, nəyəsə görə ya kiməsə görə özünü qurban ver. Öz həyatını yaşama. Onlar üçün sənin həyatının dəyəri belə yoxdu. Ona görə həyatını dəyərsiz və lazımsız bildiyin şeylərə sərf eləmə. Sənə deyirəm: Ö z  H ə y a t ı n ı y a ş a - yalnız bir şansın var!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0247 saniye